OdƏrlər

Şəmil Sadiq
Tahmini Okuma Süresi:
6 sa. 21 dk.
Sayfa Sayısı:
224
Basım Tarihi:
2017
Yayınevi:
Hədəf nəşriyyatı
ISBN:
9789952464818
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Güzel bir eser nasıl mahvedilir? Yine uzun inceleme
1/10
·224 syf.··
2021 35. kitabı
·
5 günde okudu
·
Okunma: 09 Nisan 2021 22:09
Öncelikle kitap askeri istihbarat, derin devlet, tarih, fantazi vs içeriyor. Yazar İsa Muğannanın yolundan gitmiş, bir çok fikirleri ondan almış, kabul edile bilir. Ama kitapta 3 büyük (ve bununla da eseri gömmüş), 1 küçük hata yapmış. 1. Eğer adaletli olamıyorsanız, barii tarafsız olun. Yazar tarafsız olmalı diye bir safsata yazacak değilim, ama adil olmalı bana göre. Muhalefetin devleti eleştirmesini, küfürle kaleme almışsınız. Ama unuttuğunuz şey kelimenin kendisinde saklı. Adı üstünde muhalif, muhalefet. Dünyanın her yerinde İktidar iş görür, mesela yol yapar, eğer eleştirecek durum varsa da muhalefet eleştirir, mesela yalnış teknik kullanılmış vs. İktidar da buna karşılık verir. Devlette muhalefetin olması hatalı bir şeyse, kanun müdahale eder. Herkes herşeyi beğenmez. 2. Anayasadaki her vatandaşın miting yapma hakkını yine aynı şekilde ilkel düşüncelerle ifade etmişsiniz. Miting Azerbaycan anayasasında da kanunla kabul edilmiş vatandaş hakkıdır. Bunu eleştirmek kanuna karşı gelmektir. 3. Askerlerin kışladan kaçıp düşman tarafa sığınmak istemesi hakkında yalan bilgiyi "Baba ocağı" kendisi medyaya sızdırıyor ki ameliyat güvende olsun diye yazmışsınız. Sonra bu haberi yazan gazeteci kadın hakkında ağıza alınamayan laflar yazmışsınız. Bu çelişkinin sebebi nedir? 4. 80-90-lı yıllarda sıradan vatandaşlar dilenci mafyası hakkında bilgi sahibi değillerdi. Daha doğrusu mafya ifadesi burda doğru olmamış, ama bunu geçe biliriz. Sadece insanlar herşeyi sorgusuz sualsiz kabul etmeliymiş gibi, itaat etmeye borçluymuş gibi bir imaj ortaya çıktı bu 3 büyük hata sonucu. İnsanların cinsel hayayı hakkında saçma sapan fikirlerinizden ise bahsetmek bile istemiyorum. Tekrar okur muyum? - Hayır
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201734 okunma
Şəmil Sadiq - Odərlər
Puan vermedi·224 syf.··
2020 26. kitabı
Əsər, Nalyığanın xüsusi bir nalı tapmaq üçün uzaq dağ kəndinə, daha sonra isə eyni məqsədlə Lahıcdaki nalbənd Ata kişinin yanına göndərilməsiylə başlayır. Nalyığan Lahıcda heç gözləmədiyi şəraitə düşür və bu, onda çaşqınlıq yaradır. Hadisələrin sonraki irəliləyişi daha maraqlıdır. Hadisələr, 5 Odər - Arslan, Altay, Məhəmməd, Elçin, Ayxanın Şuşa qalasına Azərbaycan bayrağını sancmaq, Qarabağda Azərbaycan bayrağını dalğalandırmaq üçün yola çıxmasıyala davam edir. Bu müqəddəs və şərəfli vəzifəni yerinə yetirərkən qəhrəmanlarımızın başına gələn hadisələr, üzləşdikləri çətinliklər, mübarizə apardıqları düşmən, qazandıqları, itirdikləri olduqca təsirlidir. Yolçuların bəzilər bunu bilməsə də, bu yürüyüşün əsas məqsədi bayraq sancamaq deyil. Xüsusi və gizli bir məqsədi var, əslində. Bu şəkildə başlayan hadisələr, bu yolda qurban gedən Odərlər və onların yaşadıqları, şübhələri, mübarizələri, narahatlıqları... Odərlər Şuşaya gedib çıxa bilirlərmi, Azərbaycan bayrağını Şuşada dalğalandıra bilirlərmi və gizli kitabı tapıb vətənə qayıda bilirlərmi? Bu sualların cavabı kimdə maraq doğurdusa, kitabı oxuyaraq suallarına cavab tapa bilər!.. Əsəri oxuduqca, Qarabağı, Cənubi Azərbaycanı geri qaytarmış olma arzusu alovlanır insanın ürəyində. Bunun bir gün gerçələşəcəyinə inanmaq istəyir. Burdan baxanda (oxuyanda) utopiya kimi, ya da gülməli arzu kimi səslənsə də, müəllif ideyalarını çox da mübaliğəyə varmadan verib. Milliyyətçilik, türkçülük duyğuları xüsusilə güclüdür əsərdə. Əsərin ən sevdiyim tərəfi bu oldu. Müəllifin xəyal gücünün məhsulu olan hissələr də var. Ancaq oxuduqca gücümüzə inam yarandı, bayrağımızın o torpaqlarda qürurla dalğalandığı günü görə bilməyi arzuladım... Doğrusu, pozitiv təsir elədi və əsərin məndə yaratdığı abu - havanın xülyasından çıxa bilmirəm hələ də. Nə
1000Kitap
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201734 okunma
10/10
·224 syf.··
Beğendi
·
2023 2. kitabı
Hərbi xidmətdə idim. 8 günlük məzuniyyətə gələndə, kitabevindən alıb, özümlə aparmışdım. Bir gün təlimdə idik. Səhv etmirəmsə, 17 kilometr qaçıb, gəlmişdik. İstirahət vaxtımda əlimə aldım və oxudum.. Bilmirəm, kəşfiyyatçı olmağımın verdiyi hiss idimi, türkçü olmağım idimi kitabı axıcı sürətlə oxudum. Həmin an keçirdiyim hissləri bura bölüşməklə bitməz. Gərək həyacanını da yaşayasan... OdƏrlər Şəmil Sadiq
Düşünce
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201734 okunma
Ölüm var ki, həyat qədər dəyərli..
Puan vermedi·224 syf.··
2023 1. kitabı
Qarabağ münaqişəsinə həsr olunmuş ilk böyük əsərlərdəndir. Hansı ki, hələ torpaqlar alınmamışdan əvvəl(2012-ci ildə yazılıb) bütün bu günləri ön görmüş, Şuşa əməliyyatı barədə belə məlumatlarla dolu bir kitab. Kitab tam olaraq vətənpərvərlik, din, mif və s. mövzudadır deyə dəyərləndirməyimiz yalnış olardı. Sözdə yox, əsl humanizimlik bəxş edilən və əslində insanları tək birləşdirənin amal olduğunu göz önünə sərən kitabdır. Bir çox maraqlı nüanslara toxunulmuşdur. Din barəsində də özünəməxsus düşüncələrini paylaşmışdır yazar. Həmçinin, Dədə Qorqud, misri qılınc və başqa dinlərlə bağlılıq, ən çox maraq etdiyim məqamlardan biri də beş guşəli ulduz oldu. Heç bir fanatiklik etmədən toxunduğu mövzularda dəyərli izlər buraxmışdır yazar. Şəxsən yazarla tanış olub, bu kitab barəsində olan düşüncələrini eşitmək şansı da qazandım. Əziz dostu İsa Muğanna yazara dediyinə görə o özü yazmayıb, yazdırıblar. Məncə, doğru adlandırmadır. Kotabı oxuduqca bu cümləyə sizlər də haqq qazandıracaqsınız. Hər kəsin oxumağını tövsiyə edirəm. Kitab 5 kəfiyyatçının(Ulu Şaman adlı gizli təşkilat) həyatı, mübarizəsi, eşqi- ümumən hər kəsin içindən birini tapa biləcəyi nadir əsərlərdəndir. Və Dədə Əfəndinin nəsihətləri. Başqa bir pəncərədən baxmaq şansı qazanacaqsınız. Xoş mütaliələr.
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201734 okunma
Puan vermedi
Uzun illər məni düşündürən, daha doğrusu narahat edən fəlsəfi bir mövzunu araşdırma romanı kimi yazmağı arzulasam da, sonda çox dəyərli bir dostumun təklifi üzrə milli taleyimizi düşündürən süjetlə birgə yazdım. Yazdıqca tarixi-fəlsəfi fikirlərim gah həqiqətlərlə, gah fantastik ideyalarla dost oldular. Müxtəlif oxucu kütləsi üçün həm maraqlı, həm qəbuledilməz, həm mübahisəli məqamlarla, həm də aktual problemlərlə zəngin olan bir romana çevrildi. Mən məqsədimə çatdım. Millətimin şanlı tarixini və görmək istədiyim gələcəyini ürəyimin səsinə qulaq asaraq təxəyyülümün köməyi ilə yazdım. Romanın müxtəlif dünyagörüşlü insanımızın qınaq obyektinə çevriləcəyini bilirəm. Amma zərrə qədər də kimlərinsə fikrinə hörmətsiz yanaşmaq fikrində olmadım. Və bundan daima uzaq olmağa çalışdım. Əsərdəki qəhrəmanlar tanıdığım dostlarımın prototipidir. Bu qəhrəmanlar nə qədər ziddiyyətli dünyagörüşə sahib olsalar da, həmişə bir amalda bütün fikirlər üst-üstə düşür. Bu amal isə millətdir! Hər şeydən öncə millət!.. Dədə Əfəndinin söhbətlərini romana salmaqda öncə çox tərəddüdlü idim. Hətta romanın altı ay bundan öncə hazır olmasına baxmayaraq, məhz milli düşüncə tərzinin carçısı Dədə Əfəndinin söhbətlərinə görə düşünməyə qərar verdim.
OdƏrlərŞəmil Sadiq · Hədəf nəşriyyatı · 201734 okunma