·100 syf.··Beğendi
···Okunma: 18 Mayıs 2026 23:40 Bir səhər Alis oyananda görür ki, həyat yoldaşı Jül sakitcə dünyasını dəyişib. Lakin Alis dərhal təcili yardıma və ya yaxınlarına xəbər vermək əvəzinə, fərqli bir addım atır: Jülün ölümünü qəbul etmək və onunla vidalaşmaq üçün özünə tam bir gün vaxt tanıyır.
Alis o bir gün ərzində keçmişi, yaşadıqları gözəl anları, demək istədiklərini, deyə bilmədiklərini səssizcə xatırlayır.
Kitabın çox qəribə havası var, hər vərəqi çevirdikdə o hüzünü hiss edirdim.
Alisin xatirələrinin içində gəzəndə təkcə bir qadının həyat yoldaşı ilə vidalaşmasına yox, illər keçdikcə dəyişən, bəzən susan, özünü göstərməyən, amma yenə də içində yaşayan bir sevgiyə də şahid olursan.
Alisin həyatı çox qadına tanış gələcək.
Oxuyun