Bəzən insanın qarşısındakı ən böyük maneə şərait deyil, öz içindəki tərəddüd olur.
Kitab mənə yeni yanaşmalar öyrətmədi, amma bildiyim bəzi həqiqətləri unutduğumu xatırlatdı. Həyatın müxtəlif dövrlərində o qədər düşünür, o qədər gözləyirik ki, addım atmağın özünü unuduruq. Halbuki çox vaxt qaçırdığımız fürsətlərin səbəbi bacarıqsızlığımız deyil, tərəddüdümüz olur.
Müəllifin qələmində ən çox bəyəndiyim cəhət fikirlərini nəzəri izahlarla deyil, həyatın içindən gələn nümunələrlə əsaslandırması oldu. Oxuduqca insan özünü analiz edir, hansı məqamlarda geri çəkildiyini, hansı fürsətləri sadəcə cəsarət etmədiyi üçün əldən verdiyini düşünür.
Mənim üçün “Çəkinmə, addım at” motivasiya kitabından daha çox bir xatırlatma idi. Həyat mükəmməl anı gözləyənlərə yox, ilk addımı atanlara yol açır. Bəzən insanın həyatında böyük dəyişiklik yaradan şey uzun planlar deyil, vaxtında atılmış kiçik bir addım olur.
Bu kitabı bitirdikdən sonra məndə qalan əsas fikir belə oldu: həyat, planlaşdırdıqlarımızdan çox, həmin planlar üçün atdığımız real addımlardan ibarətdir.
#stivçendler #çəkinməaddımat
Xoşbəxtlik mənim əməllərim, yaradıcı ünsiyyətim sayasində ortaya çıxır. Xoşbəxtlik digər insanların əməlləri ilə meydana gəlmir. Münasibət yaxşıdırsa, deməli, münasibəti quran iki insan artıq xoşbəxtdir. Mən öz xoşbəxtliyimi səninlə bölüşə bilərəm, amma səndən xoşbəxtlik ala bilmərəm. Bütün dövrlərin ən dağıdıcı münasibət illüziyası "digər insanlar bizi xoşbəxt edə bilər" ideyasıdır. Onlar bunu edə bilməzlər.
Ətrafımda bir balaca xaos olmsa, yaradıcı tərəfim işə düşmür. Soyuq, steril, səliqəli masam olsa, əlim-ayağım boşalır.
… qarışıq, səliqəsiz iş otağı mənim üçün necə prinsipialdır, məhsuldar, effektiv işləməyim üçün ona çox böyük ehtiyacım var.
Evlilikdə işə yarayan yanaşma müştərilər və digər insanlarla münasibətdə də keçərlidir. Hiss müstəvisindən düşüncə müstəvisinə keçənlər rəssama bənzəyirlər. Əvvəlcə
qarşılarında boş kətan olur, sonra kətanı rəngləməyə başlayırlar və nəticədə rəsm alınır! Bu rəsm getdikcə daha rəngarəng, daha detallı olmağa başlayır. Uğurlu münasibət təsadüfən ortaya çıxmır. Onları yaratmaq lazımdır.