Xalidə Ağayeva

Xalidə Ağayeva
@Khalida97
4 okur puanı
Mayıs 2026 tarihinde katıldı
Şu anda okuduğu kitap
Puan vermedi·208 syf.··
2026 15. kitabı
·
11 günde okudu
·
Okunma: 09 Haziran 2026 18:04
Bəzən insanın qarşısındakı ən böyük maneə şərait deyil, öz içindəki tərəddüd olur. Kitab mənə yeni yanaşmalar öyrətmədi, amma bildiyim bəzi həqiqətləri unutduğumu xatırlatdı. Həyatın müxtəlif dövrlərində o qədər düşünür, o qədər gözləyirik ki, addım atmağın özünü unuduruq. Halbuki çox vaxt qaçırdığımız fürsətlərin səbəbi bacarıqsızlığımız deyil, tərəddüdümüz olur. Müəllifin qələmində ən çox bəyəndiyim cəhət fikirlərini nəzəri izahlarla deyil, həyatın içindən gələn nümunələrlə əsaslandırması oldu. Oxuduqca insan özünü analiz edir, hansı məqamlarda geri çəkildiyini, hansı fürsətləri sadəcə cəsarət etmədiyi üçün əldən verdiyini düşünür. Mənim üçün “Çəkinmə, addım at” motivasiya kitabından daha çox bir xatırlatma idi. Həyat mükəmməl anı gözləyənlərə yox, ilk addımı atanlara yol açır. Bəzən insanın həyatında böyük dəyişiklik yaradan şey uzun planlar deyil, vaxtında atılmış kiçik bir addım olur. Bu kitabı bitirdikdən sonra məndə qalan əsas fikir belə oldu: həyat, planlaşdırdıqlarımızdan çox, həmin planlar üçün atdığımız real addımlardan ibarətdir. #stivçendler #çəkinməaddımat
Çəkinmə, Addım AtSteve Chandler · Parlaq İmzalar · 20251 okunma
Cənab Jül ilə bir gün
10/10
·100 syf.··
Beğendi
·
2026 1. kitabı
·
33 saatte okudu
·
Okunma: 18 Mayıs 2026 23:40
Bir səhər Alis oyananda görür ki, həyat yoldaşı Jül sakitcə dünyasını dəyişib. Lakin Alis dərhal təcili yardıma və ya yaxınlarına xəbər vermək əvəzinə, fərqli bir addım atır: Jülün ölümünü qəbul etmək və onunla vidalaşmaq üçün özünə tam bir gün vaxt tanıyır. Alis o bir gün ərzində keçmişi, yaşadıqları gözəl anları, demək istədiklərini, deyə bilmədiklərini səssizcə xatırlayır. Kitabın çox qəribə havası var, hər vərəqi çevirdikdə o hüzünü hiss edirdim. Alisin xatirələrinin içində gəzəndə təkcə bir qadının həyat yoldaşı ilə vidalaşmasına yox, illər keçdikcə dəyişən, bəzən susan, özünü göstərməyən, amma yenə də içində yaşayan bir sevgiyə də şahid olursan. Alisin həyatı çox qadına tanış gələcək. Oxuyun
Cənab Jül İlə Bir GünDiane Broeckhoven · Nebula Publishing House · 202586 okunma
Puan vermedi·136 syf.··
2026 2. kitabı
“Şərin Qürubu” mənə görə sadəcə fantastik hadisələrin danışıldığı bir kitab deyildi. Oxuyarkən daha çox insanın içində gizlənən qaranlıq tərəfi düşündürürdü. Kitabın atmosferi o qədər mistik və ağır idi ki, bəzi hissələrdə özünü tamam başqa bir dünyanın içində hiss edirsən. Bu janrda oxuduğum ilk kitablardan biri idi və müəllifin mifologiyanı bu qədər maraqlı şəkildə istifadə etməsi diqqətimi çox çəkdi. Hadisələrdən çox, personajların hisləri və daxili dəyişimi məni düşündürdü. Ən çox sevdiyim məqamlardan biri obrazların tam yaxşı və ya tam pis göstərilməməsi idi. Çünki real həyatda da insanlar yalnız bir tərəfdən ibarət olmur, hər kəsin içində həm işıq, həm də qaranlıq tərəf var. Dil baxımından kitab ağır deyildi. İlk səhifələrdə janra öyrəşmək bir az çətin gəlsə də, sonrakı hadisələr maraq oyadırdı və kitab özünə çəkirdi. Bəzi təsvirlər isə gözümün önündə canlanacaq qədər təsirli idi. Məncə müəllif ilk əsəri olmasına baxmayaraq fərqli və özünəməxsus bir dünya yaratmağa çalışıb və bunu hiss etdirməyi bacarıb. Oxuduqca hadisələrin sonundan çox, kitabın insanda buraxdığı hislər haqqında düşünürsən. Bu isə hər müəllifin bacardığı bir şey deyil.
Mifologiya
Şərin QürubuMahir Abbas · Qanun Nəşriyyatı · 20253 okunma