Ceyn Ostin İngiltərənin ən məşhur yazıçılarından biridir. O, sərlərində əsasən sevgi, ailə münasibətləri və dövrünün cəmiyyətini təsvir etmişdir. Sadə, incə yumorla zəngin üslubu və insan xarakterlərini ustalıqla təqdim etməsi ilə tanınır. Ceyn Ostin qısa ömründə ingilis ədəbiyyatının ən gözəl nümunələri sayılan dəyərli romanlar yazıb.
Təhrik romanı Ceyn Ostinin son tamamladığı əsərlərdən biridir. Əsərin əsas mövzusu sevgi, peşmançılıq, ikinci şans və cəmiyyətin insan qərarlarına təsiridir.
Romanın baş qəhrəmanı Anna Eliot 8 il əvvəl sevdiyi Frederik Uentuort ilə nişanlanmaq istəyirdi. Lakin ailəsinin və yaxınlarının təsiri ilə bu münasibətdən imtina edir. İllər sonra Uentuort zəngin və uğurlu dəniz kapitanı kimi geri qayıdır. Anne isə keçmiş qərarının nəticələri ilə üzləşir. Hadisələr inkişaf etdikcə onların hisslərinin hələ də yaşadığı üzə çıxır.
Yazardan oxuduğum ikinci romandır və çox bəyəndim. "Emma" romanını da oxumaq istəyirəm.