·200 syf.··Beğendi
···Okunma: 30 Mayıs 2026 20:15 Əfsanəvi bir əsərin sonuna gəldim. Bilmirəm belə möhtəşəm əsəri bitirdiyim üçün sevinim ya kədərlənim... Kaş əlimdə olsaydı bu kitabı hər kəsə oxutdura bilsəydim
İnanın oxuyandan sonra düşüncələrinizdə, həyata baxışınızda təsəvvür belə edə bilməyəcəyiniz dəyişikliklər görəcəksiniz.
Necə də qüdrətli qələmi var müəllifin!
Bütün əsərləri kimi bu əsər də çox axıcıdı,adam oxuyanda əsla yorulmur. Əsərdə elə insanlardan nümunələr çəkilib ki, mümkün deyil ki adama təsir etməsin.
Hədsiz dərəcədə dəyərli əsərdir, Allaha həmd olsun ki bu əsəri mənim qarşıma çıxarıb.
Kitabdan çoxlu həyat dərsi almaq olar, mən onlardan yalnız birini qeyd etmək istəyirəm: həyatda hər şey insanın öz əlindədir, uğura çatmaq üçün yalnız və yalnız bütün gücümüz və potensialımızla çalışmalıyıq. Öz etməli olduğumuz işi heç kimin boyuna atmamalıyıq. Həyatda irəli getməkdən başqa bir çarəmiz yoxdur,vəssalam!