·217 syf.····Okunma: 04 Haziran 2026 22:32 Bəli ,siz həyatınızı və gələcəyinizi düşüncələrinizlə formalaşdırırsınız!
Uzun zamandir oxumaq istediyim kitablardan biri idi bu
Kainatın ən böyük gücünə sahib olduğunuzu bilirsinizmi? Bu güc düşüncədir. Həyatınızı idarə edən əslində düşüncə tərzinizdir.Düşüncə tərziniz sizi uğurdan uğura apara, yaxud tam bir uğursuzluğa sürükləyə bilər; sizə sevgi və xoşbəxtlik bəxş edə və ya tənhalıq və çətinliklərlə dolu bir həyat yaşada bilər.
Jack Ensign Addington tanınmış hüquqşünas olmaqla yanaşı, mənəvi elmlər sahəsində də təhsil almış və bu sahədəki biliklərini uzun illər davam edən dərin araşdırmalarla inkişaf etdirmiş bir şəxsdir. Müəllif insanın qarşısında yeni üfüqlər açan bu kitabında Universal Ağlın müdrikliyindən necə istifadə edə biləcəyimizi, insanın özünü məhdudlaşdıran düşüncə qəliblərini necə aradan qaldıra biləcəyini və uğursuzluğu necə möhtəşəm bir uğura çevirə biləcəyini izah edir. O, bu bilikləri Ortaq Şüurdan necə əldə edə biləcəyimizi öyrədir.
Jack Ensign Addington bəhs etdiyi prinsiplərin doğruluğunu sübut etmiş bir mütəxəssis kimi, insanın möcüzəvi potensialını böyük inam və səlahiyyətlə gözlər önünə sərir.