·74 syf.····Okunma: 26 Kasım 2019 00:00 Bu məşhur kitab mənim də diqqətimi çəkdi və onu oxudum. İlk dəfə əsəri 15 yaşımda oxumağa başlamışdım, lakin etiraf etməliyəm ki, o zaman demək olar heç nə başa düşmədim. İllər sonra kitabı yenidən oxuduqda isə bəzi məqamlar mənə daha aydın oldu.
Əvvəlcə onu qeyd etmək istəyirəm ki, müəllifin oxucuya çatdırmaq istədiyi əsas fikir olduqca dərin və təsirlidir. Əsərin ideyası həqiqətən də diqqətəlayiqdir. Lakin mənim fikrimcə, problem bu ideyanın təqdimatındadır. Hadisələr o qədər mürəkkəb və sıx şəkildə təsvir olunub ki, bəzən oxumaq çətinləşir və oxucunun marağı azalır.
Şəxsi düşüncəmə görə, Kafka eyni ideyanı daha aydın və sadə üslubda təqdim edə bilərdi.