Gönderi

7/10
·356 syf.··
Beğendi
·
2026 22. kitabı
·
5 günde okudu
·
Okunma: 10 Haziran 2026 14:51
Kitabın ümumi məğzi xoşuma gəldi. İç dünyayla hesablaşmalı olduğumuz məqamlar, vicdanımızın səsi, empatiya duyğumuz, İQ ilə yanaşı EQmüzün də inkişaf etməli olduğu məqamlara toxunulur. Sadəcə xarakterlər dünyagörüşsüz idi. Orxan necə olur ki, insanları anlamadan "Satış mütəxəssisi" olur? Ya da heçmi bəzi şeylərdən xəbəri yoxdur? Bəzən elə yerdə elə suallar verirdi ki, məəttəl qalırdım necə bilmir deyə. Hələ Aytəkin. İqtisadiyyat oxuyur(ki bilirik iqtisadiyyat 2ci qrupdadır və coğrafiya fənni var) ancaq coğrafi bilik sıfır. Dan ulduzunun adını belə bilmir. Belə absürd yerlər bir düşündürdü əslində məni. Məğzi bəyənib xarakterlərə isinə bilmədim. Tək sevdiyim Zahir bəy obrazı oldu. Sonu isə düşündürdü.
Dan UlduzuElçin Əzimli · Teas Press Nəşriyyat · 2019153 okunma
·
6 Gösterim
1 Yorum
Əsəri hələ oxumamışam, ancaq dediklərinizə məəttəl qalmadım. İndi dövran işiylə əlaqəsi olmayanların dövranıdır. Çağrı əsərini oxuyub bəyənmişəm müəllifin.
Shovket Mugushova
Gönderi Sahibi
Çağrı əsərini oxuyub bəyənib, elə bu əsəri də oxumaq qərarı almışdım. Sadəcə mütəxəssis falan dedikdə ən azından 3 ya da 4 il işləməlidir ki, o dərəcəyə yüksəlsin. O qədər müddətdə də az çox insanlarla mütəmadi ünsiyyətdə olur insan. Bir şeylər öyrənmək olur insanlar haqqında. Orxan isə necəsə mütəxəssisdir amma bir çox şeyi bilmir.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.