Puan vermedi·336 syf.··Beğendi
· Ukrayna yazıçısı Andrey Kurkovun Grey Bees (Gri Arılar) romanı 2014-cü ildə başlayan Donbas müharibəsi dövrünə aiddir. Romanın hadisələri Ukraynanın şərqindəki Donbas bölgəsində, Ukrayna hökumət qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında gedən silahlı münaqişə fonunda cərəyan edir. Bu müharibə nəticəsində bəzi yaşayış məntəqələri cəbhə xətti arasında qalmış və "boz zona" adlandırılan ərazilərə çevrilib. Əsərin qəhrəmanı Sergeyiç də məhz belə bir kənddə yaşayır və müharibənin adi insanların həyatına təsirini öz gündəlik həyatı vasitəsilə göstərir. O, nə siyasi mübarizənin içindədir, nə də ideoloji tərəf tutur. Onun əsas qayğısı arılarını və öz həyatını qorumaqdır. Bu kənddə cəmi 2 sakin qalıb. Əsəri oxuyanda gürcü filmi “Mandarinlər” filmi yada düşür, amma burada filmdəki kimi iki düşməni bir evdə saxlamaq söhbətləri yoxdur. Əsərin qəhrəmanının fikri sadəcə öz arılarını qorumaqdır. Əsərdə arılar simvolik məna daşıyır. Arılar sərhəd, milliyyət və ya siyasi mövqe tanımırlar; onlar sadəcə yaşayır və öz işlərini görürlər. Bu baxımdan arılar insanlardan fərqli olaraq müharibənin yaratdığı nifrət və bölünmədən uzaqdırlar. Müəllif onların vasitəsilə təbiətin saflığını və həyatın davamlılığını vurğulayır.
Əsərin əsas mesajlarından biri budur ki, müharibə insanı ucaltmır; sadəcə onun nəyə tutunduğunu üzə çıxarır. Sergeyiç üçün bu dayaq nöqtəsi arılarıdır. Onları qorumaq cəhdi əslində insanlığını, ümidini və yaşamaq istəyini qorumaq cəhdidir.