Puan vermedi·139 syf.····Okunma: 07 Haziran 2026 10:00 Müqəddəs Tarixin Üsyankar Şahidi.
Jose Saramago "Qabil"
Jose Saramago ilə Adəm və Həvvanın yaradılışına doğru səhayətə çıxıb, Nuh Peyğəmbərin insanlıq yox olarkən gəmi ilə xilas etdiyi seçilmişlərin hekayəsinə fərqli baxış bucağı ilə baxırıq.
Jose Saramago sorğulayıb:
Tanrı özü narsistlik edərkən, haqsızlıq edərkən, niyə yaratdığı bəndələrinin günahlarına göz yummur...?!
Dini kitablardan bildiyimiz xarakterleri daha fərqli təsvir edib yazıçı və hətta bəzi yerlərdə təhqirdəndə istifadə edib...
Tanrını, dini inancları, dini kitablardakı müqəddəs sayılan xarakterləri insest əlaqələr və pornoqrafiya üzərindən sorğulamaq insanların, müqəddəs inanclarına savaş açmaqdır.
Kitabda sevdiyim və sevmədiyim qisimlər oldu.
Kitabın əsas qəhrəmanı Qabil qardaşını öldürdükdən sonra Tanrı tərəfindən cəzalandırılır və zamanda səyahət edərək bir çox hadisələrə şahid olur.
Qardaşını öldürərkən belə günahı Tanrıda görür.
Hər bir insan azad iradəli olaraq yaradılıb və bu iradəmiz ilə etdiyimiz mənfi hərəkətlərin günahını Tanrının üzərinə atmaq məsuliyyətdən qaçmaqdır...
Həqiqi iman kor-koranə inanmaqla deyil, sorğulamaqla başlayır.
Amma nəyi və necə sorğulayırıq , ən əsas olan necə anlayırıq...?!
İlahi ədalət ilə insani ədalət üst-üstə düşməyəndə,
İnsan bəzən inandığı ilə mübarizə aparır.
Bəsit və Ağrılara hesablanmış baxış prizmalardından baxdıqda, kimisə günahlandırmaq o qədər asan gəlir.
Xüsusən də, "Tanrı və Şeytan"ı.
Emosiya və Histeriyaya görə edilən hər hərəkətin, işlədilən hər ifadənin kvantik təsirləri və qarşılıqları var.
İnsanın Tanrıçılıq oynamaq həvəsi, qarşisı alınmaz fəsadlara yol açıb daima.
Hal-hazırda dünyada baş verən proseslər buna bariz nümunədir.