10/10
·80 syf.··
2026 7. kitabı
Hadisələr 1960-cı illərdə Parisdə cərəyan edir. Baş qəhrəmanımız Moiz (Momo) adlı 11-12 yaşlı yəhudi bir oğlandır. Momonun həyatı çox kədərlidir: anası onu atıb gedib, atası isə soyuq, sevgisiz və depressiv bir adamdır. Evdə sevgi görməyən Momo vaxtını küçələrdə keçirir. Həmin küçədə hamının "ərəb" dediyi (əslində türk olan), küncdəki baqqal dükanını işlədən Müsyö İbrahim adlı müdrik bir qoca yaşayır. Momo hər gün bu dükandan nəsə alır, bəzən də gizlicə oğurluq edir. Müsyö İbrahim hər şeyi görsə də, uşağı mühakimə etmir, əksinə, ona sevgi və anlayışla yanaşır. Zamanla bu iki fərqli nəslin və fərqli dinin nümayəndəsi arasında çox dərin bir ata-oğul bağları və dostluq yaranır. Müsyö İbrahim sufizm fəlsəfəsinə inanan bir müsəlmandır. O, həyatda hər çətinliyə düşəndə, ya da Momoya bir nəsihət verəndə həmişə deyir: "Mən bunu Qurandan bilirəm." Müsyö İbrahim dini insanları ayırmaq üçün yox, birləşdirmək və Momoya həyatı sevdirmək üçün bir vasitə rənginə çevirir. Müsyö İbrahimin Momoya öyrətdiyi ilk və ən böyük dərs gülümsəmək olur. O, Momoya deyir ki, gülümsəmək sadəcə xoşbəxt olanda edilən bir şey deyil, o, insanı xoşbəxt edən bir "silahdır". Momo gülümsəməyə başlayanda ətrafındakı insanların, məktəbdəki müəllimlərin, hətta həyatın ona qarşı baxışının necə dəyişdiyini görür. Momonun atası intihar etdikdən sonra Müsyö İbrahim Momonu rəsmən övladlığa götürür. Onlar köhnə bir maşın alıb Parisdən çıxırlar və Müsyö İbrahimin gəncliyinin keçdiyi yerlərə — Türkiyəyə (Anadoluya) doğru uzun bir səyahətə başlayırlar. Bu səyahət əslində Momonun uşaqlıq travmalarından qurtulub mənəvi cəhətdən böyümə yoludur. Yol boyu fərqli ölkələrdən, kilsələrin, məscidlərin yanından keçirlər. Müsyö İbrahim Momoya hər dinin daxilində eyni mənəvi gözəlliyin olduğunu göstərir. Sonda Anadoluya çatırlar. Müsyö İbrahim orada keçirdiyi avtomobil qəzasında dünyasını dəyişir, amma ölərkən tamamilə dincdir, çünki Momonu həyata hazırlayıb və ona ən böyük mirası — sevgini qoyub. Müsyö İbrahim və “Quran”dakı çiçəklər
Müsyö İbrahim və “Quran”dakı çiçəklərEric Emmanuel Schmitt · Modern mini klassika · 20216,4bin okunma
1 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.