·%74 (101/136 syf.)···Okunma: 19 Haziran 2026 19:46 Kitab felsefi ve psixoloji uslubda yazilsada inanilmaz derecede axici çox sade ve başa duşulendir .Əsərdə yaşlı və gənc bir insan arasında söhbət gedir. Yaşlı şəxs iddia edir ki, insanın bütün hərəkətləri özünü məmnun etmək istəyindən qaynaqlanır. Hətta xeyirxahlıq və fədakarlıq belə insanın daxilindəki məmnunluq hissinə xidmət edir.
Kitab insanın davranışlarının əsl səbəblərini araşdırır. Müəllif iki obrazın dialoqu vasitəsilə belə suallar verir:
İnsan həqiqətən azad iradəyə malikdirmi?
İnsan yaxşılığı qarşılıqsız edə bilərmi?
Bütün qərarlarımıza tərbiyə, mühit və şəxsi maraqlarımız təsir edirmi?
İnsan eqoist varlıqdırmı?
Mark Tven insanın özünü tam müstəqil və azad hesab etməsinin doğru olmadığını, davranışlarımızın böyük hissəsinin tərbiyə, təcrübə və instinktlər tərəfindən formalaşdırıldığını göstərməyə çalışır.