Tufanlı Yoxuşlar
Puan vermedi·500 syf.··
2026 7. kitabı
"Tufanlı Yoxuşlar" haqqında ilk təəssüratım budur ki, həqiqətən çox bəyəndiyim əsərlərdən biri oldu. İlk dəfə idi ki, bir qadın yazarın qələmindən çıxmış roman oxuyurdum və etiraf etməliyəm ki, personajlar böyük ustalıqla yaradılmışdı. Mənfi obrazlar nə qədər qıcıq doğururdusa, müsbət obrazlar da bir o qədər özünü sevdirirdi. Hekayənin axıcılığını xüsusilə bəyəndim. Hadisələr süni şəkildə uzadılmamış, hər şey öz yerində və qərarında təqdim edilmişdi. Heathcliffin yaşadıqları onun qəzəbini anlamağa imkan versə də, intiqamını yanlış insanlardan alması mənə həmişə düşündürücü gəldi. Xüsusilə də Edqar Lintonun. Məncə, Edqar romanın ən saf və məsum personajlarından biri idi. Final gözlənilən olsa da, məni qane etdi. Açığı, Lockwoodun hadisələrin həllində daha böyük rol oynayacağını düşünürdüm. Amma sonluq yenə də yerinə oturdu və hekayəni uğurla tamamladı. Bu kitabla bağlı yeganə peşmanlığım ona çox gec başlamağım oldu. Təxminən iki ay rəfimdə məni gözlədi. Amma nəhayət oxumağa başladıqdan sonra cəmi bir həftəyə bitirdim. Maraqlı, həyəcanlı və oxucunu özünə bağlayan bir əsər idi. Klassiklər arasında niyə bu qədər sevildiyini indi daha yaxşı anlayıram.
Duygu ve Düşünce
Uğultulu TepelerEmily Brontë · Martı Yayınları · 201257,9bin okunma
·
3 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.