Bu kitab mənə ən çox nəzarətin tədricən itməsi hissini verdi. Lews Therin ilə daxili dialoqlar getdikcə daha real hiss olunur. Bu artıq sadəcə “səs” kimi yox, Randın içində ikinci bir varlıq varmış kimi təsir bağışlayır. Bunun dəlilik, yoxsa keçmiş həyatın yaddaşı olması açıq qalır.
Taim`in bölümlərini çox sevdim. Ümumiyyətlə Taim`in favorit personajım olacağını düşünürəm. Asha’manların ortaya çıxması ilə güc balansı dəyişməyə başlayır. Taim və Logain xətti xüsusilə maraqlı idi, gələcəkdə böyük rol oynayacaqları hiss olunur.
Egwenenin Amyrlin olması ilə White Tower daxilindəki parçalanma daha da aydınlaşır. Hər tərəf artıq açıq şəkildə fərqli istiqamətə gedir.
Randın Aes Sedai tərəfindən ələ keçirilməsi artıq adi “əsir düşmə” yox, onun nə qədər tək və qırılğan vəziyyətdə olduğunu göstərən bir nöqtə idi. Fikrimcə Therin`in daim təhdid, qorxu, özünüqoruma instinkti ilə etdiyi çıxışlar Randı daha da yalnızlaşdırmışdı.
Ümumilikdə kitab sakit başlamır, amma sonda hər şeyi dəyişdirən bir nöqtəyə gətirir. Dünya daha qarışıq, daha sərt hala gəlir. Kaos LorduRobert Jordan