·332 syf.··Beğendi
···Okunma: 24 Ağustos 2024 00:00 Elxan Elatlının "14-cü adam" əsəri mənim üçün ən təsirli kitablardan biri oldu. Xüsusilə sonluğu uzun müddət yadda qalan və insanı düşünməyə vadar edən bir təsir yaradır. Məhz buna görə əsər məndə ağır və dərin təəssürat buraxdı.
Bu kitab mənim Elxan Elatlıdan ən çox sevdiyim üç əsərdən biridir. Əsərdə cəmiyyətə və insan həyatına dair bir çox reallıqlar əks olunub. Firdovsinin həyatı insanı çox təsirləndirir. Müəllif hadisələri maraqlı və axıcı şəkildə təqdim etdiyi üçün kitab rahat oxunur və diqqəti sonadək saxlaya bilir. Düşünürəm ki, həm Elxan Elatlının yaradıcılığını sevən oxucular, həm də onun əsərləri ilə ilk dəfə tanış olacaq şəxslər üçün bu kitab yaxşı seçimdir. Mənim üçün həm mövzusu, həm də yaratdığı emosional təsir baxımından yaddaqalan kitablardan biridir.