Böyürtkənli Qış
Artıq sevdiyim romanlardan biridir və həmişə xoş təəssüratla xatırlayacam.
Əsərdə iki fərqli zaman kəsiyində — 1933 və 2010-cu illərdə iki qadının taleyindən bəhs olunur. Hər birinin hekayəsi özünəməxsusdur.
Vera tənha bir qadındır. Keçimini təmin etmək üçün oteldə təmizlikçi işləyir. Rəfiqəsi ilə qatıldığı bir balda yaraşıqlı centlmen — Çarlz ilə tanış olur və nağıla bənzər bir eşq yaşamağa başlayırlar. Təbii ki, bu nağılda da "cadugər" əskik olmur… İllər keçir və Veranın oğlu itkin düşür; bununla da onun bədbəxt günləri başlayır.
Klerin tənhalığı isə tamamilə başqa formadadır. Həyatlarında baş verən bədbəxt hadisədən sonra əri tərəfindən tək qoyulan Kler, bütün acıları ilə təkbaşına mübarizə aparmalı olur. Bütün bunlar az mış kimi, əri Etan hələ bir köhnə sevgilisi ilə də flört edir! Klerin hekayəsini oxuduqca məni ən çox əsəbləşdirən obraz, təbii ki, Etan oldu. Klerin əri tərəfindən görməzlikdən gəlinməsi keçdiyi prosesi daha da çətinləşdirir.
Nə yaxşı ki, canım Klerin sevgisi hər şeydən üstün gəlir.
Veranın verdiyi qərarlar mənə görə olduqca "romantik" (həssas) idi. Əgər həyatında biri varsa, təkbaşına qərar vermək heç də onu çox sevdiyin anlamına gəlmir. Çarlzın da o qədər güclü xarakterə malik biri olmadığını düşünürəm. Sevgilin səndən ayrılır və sən bunun səbəbini bir dəfə də olsun onun öz dilindən eşitmək barədə düşünmürsən?!
Bəs bir-birindən 80 il fərqlə, eyni may ayında Sietli vuran o qəfil qar fırtınası sadəcə təbiət hadisəsi idimi? Əsla. Sara Jio bu fırtınanın altında Veranın və Klerin taleyini elə mistik bir bağla birləşdirir ki, həqiqəti öyrənəndə heyrətlənməmək olmur. Klerin arxivlərdə axtardığı o itkin körpə, əslində sadəcə bir reportaj mövzusu deyil, onun öz keçmişinin və soyunun gizli bir parçası idi. Zaman fərqli olsa da, ruhların çəkdiyi iztirab eynidir.
Böyürtkənli QışSarah Jio · Qanun Nəşriyyatı · 201744,9bin okunma