Əsərdəki baş qəhrəmanımız olan Feniçka, 19-cu əsr avropasında, ortalama bir qadından tələb olunanların əksinə, yalnız başına səyahət etməyi, kafelərə və teatrlara tək başına getməyi, intellektual cəmiyyətdə var olmağı və cəmiyyətdəki qadından gözlənilən bütün cinsiyyət ayrımlarını rədd edən güclü, biraz da dəlisov bir obrazdır. O bir gün, Parisdəki səyahəti sırasında təsadüfən, ixtisasca psixoloq olan, mühafizəkar düşüncəli, Max Verner ilə rastlaşır. Max ilk başda Feniçka haqqında, mənfi düşünsə də, daha sonra ikilinin arasındaki dostluq artdıqca, həm Max Verner'in Qadınlara olan baxışı, həm də Feniçkanın insan münasibətlərinə olan görüşü tamamilə dəyişəcəkdir.
Məncə oxumağa dəyər əsərdi, lakin Salome'nin ən yaxşı əsəridir demək olmaz. Bilirsiz ki, Salome Nietzsche, Rilke və Freud kimi adamları barmağında oynatmış biridi, ondan daha yaxşısını gözləyərdim, biraz gözləntimin altında qaldı.