Bu əsəri oxuyandan sonra mənə ən maraqlı gələn obraz Marcantonio Ravì oldu. O, qızı Stellinanı yaşlı və varlı Don Diego Alcozèrlə sevgi üçün deyil, gələcəkdə sərvət əldə etmək məqsədilə evləndirmək istəyirdi. Planına görə Don Diego öldükdən sonra Stellina Pepè Alletto ilə evlənəcəkdi. Ancaq hadisələr Marcantonio Ravìnin düşündüyü kimi getmədi və bir-birinin ardınca gözlənilməz hadisələr baş verdi.
Məncə, müəllif bu əsərlə göstərmək istəyir ki, insan həyatı planlarla idarə olunmur və hər şeyi əvvəlcədən hesablayaraq xoşbəxt olmaq mümkün deyil. Əsərdə həm yumor, həm də düşündürücü məqamlar var. Obrazların hər biri fərqli xarakterə malikdir və hadisələrin gedişinə öz təsirini göstərir. Ümumilikdə kitab mənə maraqlı gəldi, çünki sadə görünən hadisələrin arxasında insan tamahı, taleyi və həyatın gözlənilməzliyi haqqında dərin fikirlər verilir. Sırasını Bekleyenler