aydi

@kzmzade
10/10
·416 syf.··
Beğendi
·
2026 15. kitabı
·
5 günde okudu
·
Okunma: 29 Haziran 2026 02:34
təsadüfən aldığım, hətta annotasiyasını belə oxumadan başladığım bu kitaba bu qədər heyran qalacağımı heç düşünməzdim. mənim üçün “yaxşı” kitab sayılmağın bir neçə kriteriyası var və bu kitab onların hər birinə sahib olan nadir əsərlərdən biri oldu. sözsüz ki, yazarın yazarlıqdan əlavə çox mükəmməl "araşdırma" bacarığı var, amma bu qədər böyük araşdırmanı bu qədər incə, ədəbi və təbii şəkildə bir romana çevirə bilməsinə təəccübləndim. bəlkə, bir qüsurdur, amma bizim əsrdə yazılmış kitabların əksəriyyətinin altı boş sujetlər olduğuna, sadəcə oxuyucu nəbziylə oynanıldığına inanırdım. son zamanlar oxuyarkən mənə bu qədər zövq verən bir əsərin yaxın keçmişdə yazılmış olması məni bu düşüncəyə sahib olduğuma görə utandırdı.
Kuzey OrmanlarıDaniel Mason · Holden Kitap Yayınları · 2024400 okunma
·
5 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.