·115 syf.····Okunma: 11 Temmuz 2018 17:03 Kitabı oxuyub bitirdikdən sonra, dedim ki, əcaba mən də dünyanı öz gözümdən yazsam, nə etsəm?
Daha doğrusu, bunu mənə dedirdən kitabın ilhamverici gücü oldu. Yaşadığımız dünyaya min ildə bir gələn Eynşteyn kimi dahinin insanlara bəxş etdiyi elmi töhfələrdən başqa, həm də hikmətli nəsihətləri, qəlbə təsir edən səmimi etirafları, pozitivliyi, şübhələri, əminlikləri, sevgisi, arzusu, barışa olan tutqusu, nəhayət, təəccübləndirən o saf uşaq təbiəti ilhamverici olmaya bilməz.
Doğrudur, bəzi məqamlarda üzüldüyüm sətirləri də oxudum. Dini inanc barədə tərəddüddə qalması, gah nala, gah mıxa vurması, kosmik ruh anlayışına çatıb, orda dayanmasına heyrətləndim. Bir şeydə haqlıdır: "Dinsiz elm kor, elmsiz din isə topaldır". Bu yerdə Yuval Hararinin dinin və elmin bir-birinə lazım olması haqqında yazdığı abzasları xatırladım (Homo Deus).
Bundan əlavə yəhudi məsələsinə hədsiz emosional yanaşması da nəzərimdən qaçmadı. Ancaq bütövlükdə Eynşteynin bütün insanlığı barışa, tərəqqiyə, daima təhsil almaq, dünyamızdakı sirləri öyrənmək, dünyagörüşümüzü artırmağa səsləməsi dahinin sülh dolu bir dünya arzulamasından xəbər verir.
Ən maraqlı məqamlardan birini qeyd edim. Mətn o qədər sadə dildə yazılıb ki, sanki yaxın bir dostunla söhbət edirmişəm kimi təəssürat yaratdı məndə. Deyəsən, dahinin belə bir fikri vardı: "Bir suala cavabı sadə dildə izah edə bilmirsənsə, o məsələni tam anlamamısan demək".
Eynşteynə görə hər kəs dahi olmağa qadir gücə sahibdir. Sadəcə, "Dahiliyin 10′da 1′i qabiliyyət 10′da 9′u da çalışmaqdır", "Dahiliyim çox ağıllı olduğuma görə yox, sadəcə problemlərin həllinə çox vaxt sərf etməyimdədir".
Bizlərə də bu cür əzmkar dahilərdən gücümüzün yetdiyi qədər öyrənmək və həyata tətbiq etmək düşər.
@mumogluceylan