Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Bir zamanlar ürəyinin ən dərinini, ağlının ən künc nöqtələrini məşğul edən o doğma duyğular indi necə də yad, necə də anlamsız gəlir. Zaman sağaltmır yaranı. Sadəcə soyudur insanı. Hər şeydən soyudur. İnsanlardan, sevgidən, həyatdan soyudur. Əşyaları simvollaşdırmağı buraxırsan bir müddət sonra, nəsə keçmişi xatırlatsın istəmirsən, ya da gələcəyi xəyal etdirsin istəmirsən. Bu günün dadına varmaq istəyirsən. Bəzi şeylər üçün çox gec olduğunu anlamaqla bərabər, bir çox şey üçün də hələ vaxtın olduğunu görürsən. Yenidən həvəslənirsən nəyəsə. Bir çox həvəsin həzin sonundan xəbərdar ola-ola gələcəyə ümid etməkdən saxlaya bilmirsən özünü. Çünki insansan. Və uğruna öləcək qədər çox sevirsən yaşamağı... ~by İlahə Abasova
·
2 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.