Gönderi

Süleyman peyğəmbər bir gün böyük bir məclis qurub qonağlıq verir. Bu zaman əzrail mələk də Allahın əmri ilə bir nəfərin canını almaq üçün yerə enir . Canını alacağı insanın ölümünə 10 dəq qaldığından Süleyman peyğəmbərə baş çəkmək üçün məclisinə gəlir. Məclis də elə hey peyğəmbərin qohumuna baxır , bu da həm peyğəmbər həm də qohumunu narahat edir . Əzrailin məclisi tərk etməsindən sonra qohumu Süleymandan ona baxanın kim olduğunu soruşur . Süleyman cavab verdikdə qohumu əcəlinin çatdığını anlayır. Bu zaman Süleyman tabeliyində küləklərə qohumunu yel sürrətilə uca bir dağ zirvəsinə aparmalarını əmr edir . •məclisdən sonra əzrail mələk yenə peyğəmbərin yanına gəldik də , Süleyman qohumuna olan baxışlarının səbəbini soruşur . Əzrail belə cavab verir : “mən yer üzünə bir nəfərin canını almaq üçün gəlmişdim. O şəxs dünyanın ən hündür dağının zirvəsində ölməli idi. 10 dəq vaxtım olduğundan sənin məclisinə gəldim və canını alacağım şəxsi bu məclisdə gördüm. Təəccübləndim , çünki həmin şəxs dağ zirvəsində ölməli idi. Bu tezliklə dağa qalxması qeyri- mümkün idi. Vaxt tamam olduqda mən dağın zirvəsinə ucaldım və zirvədə sənin qohumun birdən peyda oldu. Allahın hikmətinə həm heyrətləndim , həm də şükr etdim...
·
43 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.