Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

399 syf.
10/10 puan verdi
·
Beğendi
#bitti R.Abdullaoğlu- relslər üzərində uzanmış adam Müəllif yenə psixologiyamı alt- üst etdi. Hər kitabında bir başqa cür heyran oluram üslubuna . Kitab haqqında nə deyim heç özüm də bilmirəm , nə desəm az olacaq. •Əsərin personajı Ted psixologiya elminə məlum olmayan bir xəstəlikdən əziyyət çəkir. 31 psixoterapist yanına getsə belə heç kim onun bu psixoloji sarsıntısına çarə tapa bilmir. Səbəbi isə hələ uşaq vaxtı qardaşı ilə keçirdikləri travmalar və bundan sonra bir birini izləyən hadisələr zənciridir . •Ted son çarəni intiharda görür . Bir neçə dəfə cəhd etsə də nəticəsiz qalır və son olaraq rels üzərində uzanaraq intihar etməyi qərara alır. •Rels üzərində uzanarkən başqa biri də intihar üçün bu metodu seçir və Tedlə Faruqun , iki intihar meyllisinin tanışlığı başlayır. Faruqun intihar səbəbi isə neçə illər öncəki Srebrenitsa hadisələrinə , serblərin bosniyalı müsəlmanlarına başlarına açdıqları oyunlara dayanır( kitab boyu bu müharibə və insanoğlunun qəddarlığına da qiyabi səyahət edirik ) . •itirəcək bir şeyləri olmadığını düşünən bu 2 şəxs qatarın gəlişini gözləyərkən öz daxili qaranlıq dünyalarını bir birlərinə açırlar . Danışdıqca əslində yaşamağa dəyər şeylərin qaldığını dərk edəcəklər . Amma bəzən insan itirdikdən sonra nəyinsə dəyərini dərk edir və artıq gec olur . •Kitabdakı “ əsl Ted” obrazı məni məndən aldı. Bir əsər personajı insana bu qədərmi təsir edər. Kitabı oxumamısızsa mütləq və mütləq oxuyun . Nəşr və keyfiyyət baxımından da çox yaxşı idi. 5/5 , #relsleruzerindeuzanmısadam
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,034 okunma
·
50 görüntüleme
Seide Memmedzade okurunun profil resmi
Kitabın pdf formasını tapa bilmisiz?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.