Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

77 syf.
10/10 puan verdi
·
Beğendi
Əsər ispan dilində gözəl havalar mənasını verən Buenos-Auresə gedən bir gəmidə başlayır. Və elə həmin bu gəmidə şahmat üzrə dünya çempionu olan Czentoviclə 25 ildir şahmat taxtası görməyən Dr.B qarşı-qarşıya gəlirlər. Mən bu qarşılaşmanı bir az başqa cür təsəvvür etdim. Duyğusuz, küt, beyni sadəcə ticarətə çevirdiyi şahmatdan başqa bir şey bilməyən Czentovicin Hitler Almaniyasını təmsil edərək, yaşadıqları dərin böhran zaman və məkan qavramını itirən, bir heçlimə məruz buraxılaraq psixoloji travma yaşatdıqları Dr.B-nin simasında  Stefan Zweig kimi intellektuallar üzərində qələbə kimi görünən məğlubiyyətini gördüm. Yazıçı qəhrəmanının yaşadığı psixoloji gərginlikləri elə gözəl oxucuya çatdırır ki, sən özünü həmin qəhrəmanın yerində təsəvvür edirsən. Onun kimi sarsılırsan, onun kimi düşünürsən, onun kimi gərginləşirsən. Dr.B-nin yaşadıqları yazıçının həyatı ilə çox oxşarlıq təşkil edir.  Onun özünün də yazdığı "Dünənin dünyası" adlı avtobioqrafiyasında ölkəsindəki təqiblərdən sonra Brazilyaya necə getdiyini, sürgün həyatını təsvir edir.  Dr.B-nin bir otel otağında heçliyə məruz qalması ilə Zweigin Brazilyaya sürgün edilməsi eyni şey deyil mi?! Elə bu səbəbdəndir ki yazıçı bu əsəri yazdıqdan sonra 1942-ci ildə həyat yoldaşı ilə birlikdə intihar etmişdir. Bu novellanı çox zaman vida məktubu da adlandırırlar.
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020236,5bin okunma
·
7 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.