Gönderi

88 syf.
·
Puan vermedi
·
Beğendi
·
8 saatte okudu
Ceylan Mumoğlunu sosial şəbəkələrdə 1 ilə yaxındır izləsəm də kitabı - "Aydınlanma səyahəti" ilə bu ay tanış oldum. Əksərən azərbaycanlı yazarların motivasiyaya yanaşması məni qane etməyib, ancaq Ceylan xanımın kitabı digərlərindən fərqlənir. Kitab oxucuya ruhani inkişafın nə qədər önəmli olduğunu çəkdiyi misallarda, tanınmış ədəbiyyatçı, incəsənət xadimlərinin həyatında göstərir. Dünən yazarın "Qurbağa öpüşü" adlı hekayələr toplusunu oxuyub, bitirdim. Kitabda 12 hekayə yer alır, hər hekayə insanın daxilinə bir qapı açır. Özü ilə qarşılaşdırır. Bu hər yazarda alınmır, bu cəhətdən Ceylan xanımı təbrik edirəm. Ən çox təsirləndiyim "Həvva", "Qurbağa öpüşü", "Qiyamət", "Vida" hekayələri oldu. Oxuduğun kitabın bir kağız parçasından əlavə həm də işıq, bələdçi olduğunu anlaya bilmək möhtəşəm hissdir. Oxucularınıza bu hissi yaşatdığınız üçün təşəkkür edirəm, Ceylan xanım. :)
Qurbağa Öpüşü
Qurbağa ÖpüşüCeylan Mumoğlu · Qurbağa Öpüşü · 20185 okunma
··
10 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.