Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

176 syf.
7/10 puan verdi
·
5 günde okudu
"Qaçmasaydım, yaza bilməzdim" kitabı müasir yapon yazıçısı Haruki Murakamidən oxuduğum üçüncü kitab oldu. Müəllif digər kitablarından fərqli olan bu cür motivasiya kitabını tələsmədən, 2015-ci ilin yayı ilə 2016-cı ilin payızı arasında gündəlik kimi yazıb. Başqa əhəmiyyətli işlərini gördükdən sonra, özünə suallar ünvanlayaraq cavablamağa çalışdıqda, bu kitabın hissə-hissə yazılması da başlanıb. Qeyd edim ki, təkcə yazıçıların oxuyacağı kitablardan deyil, özünü inkişaf etdirmək istəyən, əzmkarlıq, iradə, qətiyyət kimi xüsusiyyətlərini artırmağı, əsasən də sağlamlıq məsələlərinə yenidən baxmağı düşünən bütün fərdlər oxuyub yararlana bilərlər. Yazıçı deyir ki, mən roman yazmaq mövzusunda bildiklərimin çoxunu yollarda, sübhün erkən saatlarında qaçarkən öyrəndim. Ancaq bununla yanaşı həm də xəbərdarlıq edir ki, bir insan ədəbiyyat dühasına sahib deyilsə, nə qədər çabalasa da, romançı ola bilməyəcək. Dolayısıyla, kitabı oxuduqdan sonra yollara düşüb kilometrlərcə qaçıb, qaçdıqdan sonra yazıçılıq istedadına sahib olacağınız (gülməli səslənsə də) mesajı verilmir bu kitabda. Yazıçı öz fiziki və mənəvi inkişaf təcrübəsini oxucularla bölüşüb. Dönə-dönə də təkrarlayıb ki, hər bir insan fərqlidir. Mən heç vaxt nə Şekspir, nə də Motsart kimi dahilərdən ola bilmərəm. Çünki bu məndə, təbiətimdə yoxdur. Deyir ki, bəzi şair və bəstəkarların öz istedadlarını istismar edib tez də tükənən, sonra da gənc yaşda faciəli şəkildə ölərək əfsanəyə çevrilmələri kənardan çox cazibəli görünür. Amma bu, arzuolunan hal deyil. Yazıçı fərqindədir ki, özünü fiziki-mənəvi inkişaf etdirməkdən vaz keçə bilmir və yalnız bunun sayəsində peşəkar yazıçıya çevrilib. Bu mənada ingilis yazıçısı Somerset Moemin özü haqqında dediyi "Mən ikinci dərəcəli yazıçıyam" fikrini xatırldır. Kiçik həcmli bu kitabı zövq alaraq, yazıçıyla söhbət edirmiş kimi oxudum. Artıq öz yolunda xeyli təcrübə qazanmış müəllifdən bəzi məsələləri də öyrənmiş oldum. Bəyəndiyim və altını cızdığım sitatları 1000kitap.com saytında kitabı oxuyarkən paylaşmışam. Kitabı türk dilində oxudum. Ana dilimizə tərcümə olunubmu, bilmirəm. Yalnız "Ədəbiyyat Qəzeti"nin 27 avqust, 2016-cı il sayında Kənan Hacının kitabdan bir hissənin tərcüməsinə rast gəldim. ‍Yazıb yaratmaq istəyən, özünü inkişafa meyilli oxucularımıza tövsiyə edirəm. Xoş mütaliələr! @mumogluceylan
Koşmasaydım Yazamazdım
Koşmasaydım YazamazdımHaruki Murakami · Doğan Kitap · 20182,842 okunma
·
121 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.