Gönderi

614 syf.
9/10 puan verdi
·
Beğendi
Mən kitab oxuyub bitirdikdən sonra düşünürəm, "mən bu kitabdan nə öyrəndim?" Bu suala bir neçə cavabım varsa, deməli bu əsərdən çox şey öyrənmişəm. "Da Vinçi şifrəsi" də çox şey öyrəndiyim əsərlərdəndir. Əsərdə yazıçı təxəyyülündən başqa böyük araşdırmaçı əməyinin olduğu çox aydın görünür. Əsər haqqında spoilər vermədən necə məlumat verəcəyimi bilmirəm ona görə çox qısa yazacam. Deməli, əsər Luvr muzeyinin nəzarətçisi olan Jak Sonyerin bir rahib tərəfindən öldürülməsi ilə başlayır hansı ki, nəzarətçi çox əhəmiyyətli bir sirr bilir və bu sirri məzara aparmamaq üçün son anda xüsusi sifrlərlə bunu öz nəvəsi Sofiyı çatdırmağa çalışır və bunun üçün Da Vinçi yaradıçılığından istifadə edir. Çünki Da Vinçi-nin də bu sirr ilə əlaqəsi var, o da uzun illər bu sirri qoruyan gizli təşkilat olan "Sion Prioratı" na rəhbərlik edib. (Bu təşkilat həqiqətən olub İssak Nyuton, Viktor Hüqo, Da Vinçi və başqaları müxtəlif dövrlərdə təşkilata rəhbərlik edib) Bu sirri öz nəvəsi Sofiyə və amerikalı alim Leqdona ötürməyə çalışan muzey nəzarətçisi onları təhlükəli macəra qarşısında qoyur. Bu şifrələri açan zaman onlar insanların inamlarını və din tarixini kökündən dəyişə biləcək məlumatlarla rastlaşırlar. O məlumatlar ki, uzun illər insanlardan gizli saxlanılmağa çalışılıb. Əsərin qəhrəmanlarından olan Robert Leqdonun yer aldığı 2-ci kitabdır. Robert Lenqdon yazıçının "Mələklər və Şeytanlar" əsərinin də qəhrəmanıdır.
Da Vinçi Şifrəsi
Da Vinçi ŞifrəsiDan Brown · Qanun Nəşriyyatı · 046bin okunma
·
65 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.