Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

264 syf.
7/10 puan verdi
·
Beğendi
·
21 günde okudu
Kitabı almaqda məqsədim: Fəxri müəllimin bir seminarından qazandıqlarım kifayət etdi ki, müəllifi olduğu kitablarını da alım. Fəxri müəllim şəxsi inkişaf yolunda öz hüdudlarını belə aşan canlı Azərbaycan nümunəsidir! Ona, onun intizam gücünə, əzminə, disiplininə qibtə etməmək əldə deyil. Bu da öz növbəsində onun beyninin məhsulu olan bu kitabın alınmasını qaçınılmaz edir. Kitab haqqında düşüncəm və kitabdan qazandıqlarım: Şəxsi inkişafa meyilli olduğumdan və bu haqda bir-sıra kitablar oxuyub, video materiallar izləyib, məqalələri mütaliə etdiyimdən müəyyən bir hissəyə qədər kitab sadəcə bildiklərimin təkrarı kimi gedirdi. Təkrar etdikcə bu sahədə yazanların ortaq düşüncələrinin çoxluğunu gördüm. Düşüncələr qətiyyən bir-birindən oğurlanmışdır demək istəmirəm. Tam tərsi, yaşayaraq test edilmiş, yoxlanılmış kankret faktlar var. Həmin faktlar insanın o çox arzuladığı uğura yalnız güclü daxili istək, əzm, disiplin, əziyyətlə çatdığını, asan yolu axtarmağın mənasız olduğunu bildirir. Bu faktların vacibliyini bir daha vurğuladığı və diqqətimə çatdırdığı üçün Fəxri müəllimə öz minnətdarlığımı bildirirəm. Artıq daha çox xatırlayacam. Kitabdan ən böyük qazancım etdiklərimi müəyyən bir period ərzində hesablayaraq, dəyərləndirmək oldu. Yanaşma dəyişəndə həyat da dəyişir. Ən əsası isə motivasiya artır. Fəxri müəllimin aydın şəkildə qeyd etdiyi nümunəvi fəaliyyət planı isə mənim üçün tapıntı oldu! Vaxtımı daha düzgün bölməkdə və hər gün inkişaf etməkdə bu fəaliyyət planı mənim üçün strateji yol xəritəsinə çevrildi. Hətta tətbiqə belə başladım. Qısaca, qeyd etsəm metodika və üsul adına kitabdan çox dəyərli tapıntılar əldə etdim! Kitabda ən sevdiyim hissə “Məsləhətlərim” hissəsi oldu, çünki ordan çox şey qazandım. Bu kitabı kimlər, niyə oxumalıdır? Həyatını nizama salmaq istəyən, məqsədlərini toparlayıb, onlara uyğun fəaliyyət planı hazırlamaqda çətinlik çəkən, zamanından qeyri-effektiv istifadə edib, məhsuldar yaşamağı bacarmayan, ən əsası isə uğurlu bir gələcək arzulayan və həqiqətən də özünü dəyişməyə və öz iradəsizliyinə qalib gəlməyə qərarlı olan hər kəs oxumalıdır. Qeyd: Şəxsi inkişaf kitabları, quru motivasiya ponponlayıcıları deyil. Şəxsi inkişaf kitabları təcrübələrin yazıda əksidir. O təcrübələrdən nə dərəcədə faydalanacağına şəxs özü qərar verir.
Saxla Zamanı, Gələr Zamanı
Saxla Zamanı, Gələr ZamanıFəxri Ağayev · Qanun Nəşriyyatı · 20164 okunma
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.