Uşaqlar üçün "ata" fiquru çox vacibdir. Ata onlar üçün qəhrəman deməkdir.
Bu kitabın gəm yazarı həm də baş qəhrəmanı elə Franz Kafkanın özüdür. Kitab avto bioqrafik roman ilə yanaşı deyərdim ki eyni zamanda psixoloji romanda təsirini bağışlayır ən azından mənim üçün elə oldu. Bu kitabı oxuduğum da çıxartdığım nəticə əslində ailənin insanların həyatına olan təsirinin nə dərəcədə güclü və təsirli olduğu oldu. Nəinki kiçik yaşlarda hətta yaşa dolduqca belə bu təsirin keçmədiyini gpstərdi Kafka.
Əsər də Kafkanın atasına yazdığı uzun üsyan dolu məktub yer alır. Bəli üsyan dolu kitabda üsyan, fəryad edən bir övlad var hansı ki atası ilə münasibətləri heç cürə düzəlməyən, təkcə ehtiyacı maddiyyat olmayan mənəvi dəyərlərə üstünlük verən atası tərəfindən tərifə dəstəyə ehtiyac duyan bir övlad.
Bəli Hermann Kafka çox pis ata deyil, amma atalıq sadəcə övladlarının maddi ehtiyaclarını qarşılamaq deyil. Ola bilsin atası nə etsə də Kafka yenədə güclü biri olmayacaqdır amma ən azından psixoloji cəhətdən bu qədər zəif olmayacaqdır.