Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

138 syf.
8/10 puan verdi
·
3 günde okudu
Orijinal adı "Perende-i Men" ("Zirzəmi quşu") adlı romanı Azərbaycan əsilli yazıçı Fəriba Vəfinin ilk romanıdır. Roman İranda çox böyük rəğbətlə qarşılanıb. Müəllif elə həmin il romana görə “Qolşiri” və “Yəlda” ədəbiyyat mükafatlarına layiq görülüb. İranda 30 dəfədən çox çap edilən “Zirzəmi quşu” ingilis, italyan, ispan, alman və türk dillərinə tərcümə edilib. Romanın hekayəsini nəql edən obraz otuz beş yaşlarında, bir oğlu və bir qızı olan qadındır. O, bank işçisi Əmirin həyat yoldaşıdır. Ağır həyat şərtlərində ailəsinin birliyini qoruyub saxlamağa səy göstərən, əmək verən qadın eyni zamanda roman boyu öz şəxsiyyətini də axtarmaqdadır. Ailə ocağını qorumaq üçün hər cür fədakarlığa razı olan İranlı qadın obrazını həm keçmişdə, həm də gələcəyin bilinməzliyində görürük. Nəql etdiyi hadisələrlə sanki keçmişi ilə gələcəyi arasında sıxışıb qalıb, tez-tez qorxularını, peşmanlıqlarını, həsrətlərini dilə gətirir. Qadın özünü axtarmaqdadır. Harda olduğunu tapa bilmir. Övladdır? (romanda qəhrəmanın valideynlərindən də bəhs edilir). Anadır? Həyat yoldaşıdır? Müstəqil fərddir? Başı ailə qayğılarına, uşaq tərbiyəsinə o qədər çox qarışıb ki, özünü unudub, özü ilə məşğul olmağa imkan tapmır. Amma özünə bol-bol zaman ayırmaq arzusundadır, hətta oxucu bunu arzu kimi yox, həsrət kimi də hiss edə bilər. Qadın yalnızdır, ətrafındakılar isə onu başa düşmürlər, yaxud da yanlış anlayırlar. Bununla yanaşı bəzən fədakarlığında sərhədi aşma görürük. Məsələn, həyat yoldaşı Əmirə layiq olmadığı duyğu və ifadələri bəxş edir. Əmir sözdə ailənin bir olmasından dəm vursa da, əməldə birliyi görünmür. Ailəni buraxıb başqa şəhərlərə gedir, məsuliyyət hissi zəifdir. Bütün ağır yükü qadının çiyinlərinə yükləyir. Bunun qarşısında qadının "Gündüz yuxusuna dala bilmirəm, çünki Əmirin belə bir fürsəti yoxdur", deməsi fədakarlığın müzakirə olunacaq nöqtəsidir. Qadın ana rolunda da rahat deyil. Uşaqlarının inkişafından daim qayğılıdır. Öz anasının uşaqlıqda göstərdiyi laqeydlikdən sarsılıb, bu onun xatirəsində qorxu qarışıq üzüntülər buraxıb. İndi həmin şeylərin öz qızında olmaması üçün qoruyucu ana rolunu artırıb, qızını hər addımda başa salır, özü kimi qorxaq və titrək böyüməsini istəmir və bunun üçün səy göstərir. Romanda ən ağır rol isə qadının övlad roludur. Atası ilə, xüsusən də anası ilə olan problemli münasibətlər qəhrəmanın keçmişi ilə bağlı hekayələrində qarşımıza çıxır. Cəmiyyət tərəfindən qəlibə salınmış sakit qız roluna sahiblənən qəhrəman dünyaya oğlan deyil, qız gəldiyi üçün peşmandır. Çünki hər fürsətdə anası tərəfindən əzilir, hissləri alçaldılır. Sadaladığım hər üş rolda qadın özünü tapa bilmirsə, sual olunur, ona özünü tapması üçün nə yetmir? Hansı nöqtədə boşluq var? Bu suala yazıçı özü romanın bir hissəsində, məktubda işarə edib: "Bəlkə də eşq insanın öz daxilindədir. Eşqə viza sənədi kimi baxıram; onunla dünyanın hər yerinə gedib yaşamaq mümkündür" (səh.70). Bəli, doğrudan da: Eşqdir mehrabı uca göylərin, Eşqsiz ey dünya nədir dəyərin?! ceylanmumoglu.com/article/feriba-...
Uçup Giden Bir Kuş
Uçup Giden Bir KuşFeriba Vefi · Verita Kitap · 2016143 okunma
·
53 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.