Helllu, guys ! Necəsiniz?
Tələbələrin "tətili" bitir. Yenə aramsız mütailə pozulacaq. Ancaq avtobuslar, metrolar və dayanacaqlar fürsət olacaq bizə. Amma bəlkə tək mənəm belə düşünən dərslərlə birlikdə ancaq 10-15dəqiqə vaxt edib axşamlar oxuya bilirəm.
Keçək kitabımıza, yenə də çox insanın xəbərdar olduğu kitab Ethel Lilian Voynich'in Ovod'u. Tək mən qalmış ola bilərdim oxumamış. Rəfimdə hələ çox belə tip kitab var məni gözləyən. Hər kitabın öz vaxtı vardır oxunmağa. Ovodun'da öz vaxtı var idi.
Tanıyanlar bilir çox tarixi sevmirəm, amma bədii kitablarda nədənsə çox sıxmır məni. Amma biraz sıxır.) Ona görə də vaxtım ola-ola kitabın bitməsi uzun oldu. Kitab tarixi mövzudadır. Yalan, sevgi, nifrət inqilab, kilsəyə qarşı mübarizə'dən bəhs olunur. Bəzən fikirləşdim mən Arthurun yerinə olsaydım nə edərdim? Siz nə edərdiniz?
Yaşadığı böyük bir yalan ilə 19 il. Qarşılıqsız sevdiyinin onu alçaltması, (mən belə qəbul edirəm) Allah qədər inandığı birinin əslində bir saxtakar olması, qırılan dostluqlar və ən əsası üzərinə atılan utanc verici şər-böhtan. Insan belə necə yaşaya bilər ki?! Düşünülməsi belə əzab verir insana. Arthurun həyatı elə bundan sonra başlayır kaş hər kəs Arhur kimi güclü ola bilsəydi. Çox spoilər verməyim amma bu kitab həqiqətən "oxunulası kitablar" sırasına düşməlidir. Insanlar əsl mübarizəni, çətinliyi, əzabları görsün deyə. Düzdür dediyim kimi kitab uzun vaxtımı aldı amma dəyərdi. Kaş Montanalli belə etməzdi. Bu kitabı da üzülərək bağladım.
Sizə xoş mütaliələr
Ps. Bunu artıq hər dəfə bildirməliyəm. Yazarların və obrazların adını xahiş tərcümə etməyin. @qanunpublish