Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

256 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Helo, millət! Necəsiniz? Yazın ən sevdiyim vaxtlarıdır. Hər şey yenidən başlayır sanki. Torpaq canlanır, ağaclar sevdiklərinə qovuşur. Payızın aldıqlarını sevinərək təbiətə qaytarır yazımız. Aprelə Sabahattin Ali'dən "Içimizdəki şeytan" kitabıyla başladım. @sahhafci kitab evindən əla endirimlə əldə etmişdim set şəklində. Bu kitabla tanış olmaq istədim Sabahattin Ali ilə. Ümumiyyətlə, aldığım Sabahattin Ali seti türk dilindədir. Düzdür, Azərbaycan dilində oxumağı sevsəm də türk yazarlarını orginaldan oxumağa üstünlük verirəm. Keçək kitaba, ilk səhifələrdə yalnız sadə bir sevgi romanı olacağını zənn etdim. Amma hər zaman ki kimi tez qərar verdim. Kitabın adı kimi özü var. Həqiqətən "içimizdəki şeytanı" anladır. Hamımızın içində bir şeytan var. Kitabda yazar o qədər mükəmməlcəsinə siyası, fəlsəfi məsələrdən yazıb ki, belə təsvirlərə heyranlıq duyuram. Obrazlar haqqında çox yazmayacam çünki, əminəm, çox adam Sabahattin Ali'ni "Kürk paltolu Madonna" ilə tanıyır və "Içimizdəki Şeytan"ı oxuyan lap az adam olar ona görə də çox "spoi" verib marağını öldürmək istəmirəm. Sadəcə baş obrazdan danışacam. Ah, zavallı Ömər! Necə içdən, səmimi bir o qədər də alçaq bir gənc idi. Hələ siz onun ürəyində səssizcə vicdanı ilə mübahisəsini oxuyardınız insana necə təsir edir bu. “İçimizde şeytan yok! İçimizde aciz var! Tembellik var! İradesizlik, bilgisizlik ve bunların hepsinden daha korkunç bir şey:Hakikatleri görmekten kaçmak itiyadı var!” Düşünürəm də her kəs özü istəyərək "şeytan" gəzdirir içərisində. Hər etdiyi yaxşı ya pis şeylərə "əməl donu" geyindirir. Məsələn, mən bunu yazarkən "həyatdakı Ömərin necə aciz olduğunu" düşündüm. Siz isə oxuyarkən nə düşünəcəksiniz bilmirəm. Amma nə düşünəcəksinizsə kitab adını qeydə alıb oxuyacaqlarnıza artırmağınızı ümid edərək sonlandırıram yazımı. Hər zanan ki kimi sizə xoş mütaliələr
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · Yapı Kredi Yayınları · 2019171,5bin okunma
·
12 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.