Zaur USTAC-ın "Oriyentir Ulduzu" povesti yeniyetmə və gəncləri vətənpərvərlik ruhunda tərbiyə etməkdə, yuxarı sinif şagirdləri üçün çalışmalarla birlikdə tərtib olunmuş yeganə və əvəzolunmaz sinifdən xaric oxu vəsaiti olmaqla bərabər əsgərlər üçün də dəyərli taktiki-döyüş hərəkətləri dəqiq təsvir olunmuş maraqlı bədii dildə yazılmış vəsait kimi qiymətlidir. Onun ən əsas dəyəri Türk Dünyasının qəhrəman oğlu Mübariz İbrahimova həsr olunmasıdır. Məncə ilk cümlələrdən əsərin peşəkar hərbiçi-yazar qələmindən çıxdığı hiss olunur. Çağdaş ədəbiyyatımızın ən vacib mövzuda - hərbi vətənpərvərlik mövzusunda - ən qiymətli incisidir....