Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

504 syf.
8/10 puan verdi
·
Beğendi
·
48 günde okudu
Sofinin dünyası fəlsəfəyə marağı olan hər bir kəsin sıxılmadan oxuya biləcəyi bir kitabdı. Fəlsəfəylə ilkin tanışlıq da deyə bilərik buna. Kitabda çox da dərinliyinə getmədən Sokrata qədərki filosoflar, Sokrat, Platon, Aristotel, Dekart, Spinoza, Kyerkeqor, Marks, Darvin, Freyd və s. kimi öz fəlsəfi ideyalarını insanlığa qazandırmış şəxslərlə tanış ola bilərsiniz. Hər şey günlərin bir günü 14 yaşlı bir qıza naməlum şəxsdən fəlsəfə kursu haqqında məktublar gəlməsi ilə başlayır. Biz də hər dəfə bu məktublar gəldikcə Sofi ilə birlikdə fəlsəfə tarixini öyrənmiş oluruq. Sofi təkcə bu naməlum filosofdan məktublar almır. Həmçinin BMT-nin Livanda sülhməramlısı kimi çalışan bir nəfər Sofiyə durmadan ad günü açıqcaları göndərir. Amma o, açıqcalarında Sofinin ad gününü deyil, öz qızı Hilde-nin ad gününü təbrik edir. Bəs bunu nə üçün Sofi vasitəsilə edir? Sofiyə məktublar göndərən bu şəxslər kimdir? Bütün bunları nəzərə alsaq kitabı dedektiv janrında da saymaq olar. Oxucu sona qədər bu sirri açmağa çalışır. Sonda bir şeyi də qeyd etmək lazımdır. Kitabın ingilis dilindən tərcümə olunduğu yazılıb. Amma oxuduqca sözlərin, ifadələrin sanki türkcədən dilimizə zorla tərcümə olunduğunu görə bilərik. Mən kitabın ingilis dilindən tərcümə olunduğuna inanmıram. Həm də dialoqlarda bir çox tərcümə kitabında olduğu kimi qarışıqlıqlar və səhvlər vardı. Bu mənfiliklər olmasa kitab həqiqətən də əladı. Ümid edək ki, nəşriyyatlar gələcəkdə kitabları öz ana dillərindən tərcümə edərlər.
Sofinin Dünyası
Sofinin DünyasıJostein Gaarder · Qanun Neşriyat · 201836,6bin okunma
··
52 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.