Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı, Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı. Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm, Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı. Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət… Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı. Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət? Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı. Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
Hüseyn Cavid
Hüseyn Cavid
·
1 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.