Yetişib o zaman ki, soruşasan Tanrıdan
Nə səbəbdən Quranın,hər ayəsi xitabdır?!
Fitnələr zənciri var,boynunda bu dünyanın
Günaha batdığından xərabədir, xarabdır
Bir tərəfdə hamı cəm,bir tərəfdə didərgin
Ey qismətləri bilən,bu necə haqq hesabdır?!
Xərabəlik anası ağrı çəkib, şər doğur
Xeyir oyanmır hələ, bu da bir inqilabdır