Gönderi

Nəriman Nərimanov Həştərxana doğru göndərilən neft dolu gəmiləri top atəşi ilə yola salınarkən: "Bu, tarixin yaza bilmədiyi ilk faciədir ki, neft kompassız və hesabsız Rusiyaya göndərilir" - deyirdi. Eyni zamanda, Sovet hökuməti ilə burjua hökumətinin fərqini anladarkən: "o hökumətlərin mədaxil və məxaric dəftəri var, bizim mədaxil dəftərimiz olsa da, məxaric dəftərimiz yoxdur" - deyirdi. Deməli, öz sərvətini qarşılıqsız olaraq dəftərsiz - hesabsız israf edən hökumət Azərbaycan kimi dünyada misli bərabəri olmayan zəngin bir sərvət mənbəyinə malik olan ölkəni elə bir vəziyyətə saldı ki, özündən qat - qat kasıb olan Gürcüstandan da etibarsız hala düşdü. Bakının neft quyularında çalışan fəhlələri öz pulu ilə dolandıran bir hökumət istehsalı tamamilə Rusiyaya versə də, əvəzində Moskva kağız parçası olsa belə nəsə almasa, bazarı qiymət və saxta pullarla doldurur ki, nəticə iflasdan başqa bir şey deyildir.
Sayfa 103 - Xan nəşriyyatıKitabı okudu
··
105 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.