Emili Bronte "Uğultulu təpələr"
Oxuduğum hər yeni əsər yeni bir dünyaya, başqa - başqa əsrlərə səyahət, fərqli - fərqli insanların duyğularına sirayət edə bilməkdir mənimçün. Bu dəfəki səyahətimdə Emili Bronte məni 19cu əsrə apardı. Bir neçə gün o dövrdə yaşadım, əsərin qəhrəmanlarının həyatına səyahət etdim, onların yaşadıqlarını, hisslərini anlamağa çalışdım... Düşünürəm ki, kifayət qədər maraqlı səyahət idi, hətta ayrılmaqda çətinlik çəkdim bir az... İndi o səyahətin təfərrüatları ilə hamını tanış eləmək istəyirəm...
Əvvəlcə, onu qeyd eləyim ki, əsəri oxuduqca çox sevdiyim iki yazıçının çox sevdiyin iki sitatı durmadan fikirlərimi zəbt eləyib məni düşünməyə vadar eləyirdi.
Birincisi F. M. Dostoyevskinin "Əgər sevgi həqiqətən əsl saf sevgidirsə, bütün gözəl xüsusiyyətlər insana öz özünə gəlir".
Digəri isə Somerset Moemin "Kim deyirsə, əzab insanı nəcibləşdirir, o səhv edir, insanı xoşbəxt həyat nəcibləşdirir, əzab isə insanı cılızlaşdırır, qisasa çağırır. “Ay və qara qəpik”
Bəlkə də bu fikirlərin əsərlə nə əlaqəsi var deyə düşünəcəksiniz, ancaq əsəri oxuyanlar məni bu anlamda çox yaxşı başa düşər. Əsərin bütün məğzini açıqlayır və sanki hər iki yazıçı bu fikirləri məhz bu əsər üçün deyib.
Əsərin qəhrəmanı Xitklifdir. Əsər hadisələrin şahidi və eyni zamanda birbaşa iştirakçısı olmuş Nelli tərəfindən Cənab Lokvuda nəqli vasitəsilə oxucuya çatdırılır. Lokvudun Xittkliflə heç də xoş olmayan tanışlığı və Xitklifin xarakterindəki qəribəliklər, nifrəti, kobudluğu diqqətini cəlb eləyir, bunun səbəbilə maraqlanmağa başlayır. Xoşbəxtlikdən ona bütün hadisələri böyük maraqla danışacaq biri - Nelli var. Nelli qeyd etdiyimiz kimi bütün hadisələri iştirakçısı olduğu üçün heç bir şeyi artırıb əksiltmədən olduğu kimi cənab Lokvuda danışır və danışdıqca Xitklifin qəribə əhvalatı