Gönderi

10/10
·355 syf.··
2015 7. kitabı
Haper Li "Bülbülü öldürmək" ...Başa düşürsən, biz onda məhkəmədən çıxanda miss Keyts... qabağımızca pilləkənləri qalxırdı... sən onu yəqin görmədin... o, miss Stiveni Kroufordla danışırdı, gör nə dedi, qaraların dərsini vermək lazımdır, heç ipə - sapa yatmırlar. Ta az qalıb ki, bizi almaq fikrinə düşsünlər. Cim, belə şey olar? Özünün Hitleri görən gözü yoxdur, ancaq bizim zəncilər haqqında belə nalayiq sözlər deyir... Əsərdə təsirli dialoqlar çoxdur, ancaq nədənsə mənə ən çox təsir eliyəni bu hissə oldu... Çox incə, çox sadə bir dildə insan təbiətindəki ziddəyətləri, ikiüzlülüyü, saxta humanizmi açır bu kiçik parça... İrqçiliyin insanların içində nə qədər dərin kök saldığını göstərir. Bütün facilərin kökündə bu qondarma humanizm durur əslində... Bəli, bir çox hallarda başqalarına sırf humanist görünmək xətrinə bəzəkli sözlər deyirik, ancaq məqamı çatdığında biz də ən qəddar və ən dəhşətli "insan" kimi davranırıq, özümüzdən zəifləri əzirik, onları alçaldırıq, içimizdəki mərhəmət hissinə rəğmən... Ümumiyyətlə, əsər haqında çox söz demək olar. Əsərin dili axıcı və oxunaqlıdır. Sadə dillə yazılıb, heç bir dərin fəlsəfəyə də varılmayıb, hətta bir neçə məqamı çıxmaq şərtilə əsəri oxuyarkən dərin həyəcan keçirdiyimi də xatırlamıram... Hiss elədiyim sadəcə dəhşətli təəssüf hissi idi... Əsərin məzmunu isə sandığımızdan daha dərindi... Sadə və həyatın içindən götürülmüş, yaşanılmış real hadisələrlə insan təbiətinin ziddiyyətini, çirkinliyini açıb göstərir və insan özünü oxuyur hər sətrində... Ancaq təbii istisnalar da var... Hələ də insan olduğunu unutmayan, ürəyində bütün insanlara qarşı həqiqi məhəbbət bəsləyən insanlar az da olsa qalıb. Attikus da bunlardan biri idi. Attikus ətrafındakı insanlar tərəfindən anlaşılmayan, hətta bir az da qəbul olunmayan, ancaq sözün həqiqi mənasında insan olaraq qalmağı bacaran biri idi... Əsəri oxuduqca əsərin adı ilə məzmunu arasında əlaqə yaratmağa çalışırdım beynimdə... Sonda belə qərar gəldim ki, bülbül elə Attikusun özü imiş... Onun ətrafındakı insanlara münasibəti, övladları ilə qurduğu səmimi ata - övlad münasibəti insanlara qəribə gəlir, buna görə tənqid olunur. Bütün insanlara bəslədiyi humanist münasibət Attikusun nə qədər dərin bir insan olduğunu göstərir, ən iyrənc insan olan Yuele qarşı belə içində kin yoxdur... Bir də əsərdə ən çox diqqət çəkilən obraz bədheybət Redli idi... Qəribə bir insan olan Redli evdən bayıra çıxmır, insanlarla bütün əlaqəsini kəsib və bununla da uşaqların (Cim, Dill, Luiza) diqqətini çəkmişdi. Uşaqlar onu evdən çölə çıxarmaq üçün çalışırlar... Ancaq sonda Cim onun evdən niyə çıxmamasının səbəbini anlayır... Cimlə bərabər mən də anladım Redlini və bəlkə bir az haqq da verdim. Əsər haqqındakı təəssüratlarımı ümumiləşdirəcək olsam, deyəcəyim, oxunması mütləq vacib olan əsərlərdəndi... Mənə görə Attikus, Cim, Dill, Luiza, Redli, Miss Modi, Tom bu əsərin bülbülləri idi... Əsərdə toxunulacaq çox məqam var, lakin onların üstündən keçirəm, əgər əsər diqqətinizi çəkdisə, onda mütləq oxuyun. Oxuyun və qərarı siz verin, təəssüratlarınızı bölüşün...
1000Kitap
Bülbülü ÖldürmekHarper Lee · Sel Yayınları · 201488,6bin okunma
··
143 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.