Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

188 syf.
10/10 puan verdi
Qiraətçi!!! Nə zaman ki oxuduğum əsər içimdə dərin bir sarsıntı yaradır, nə zaman ki, oxuduğum əsərdəki insan faciəsi məni dərindən sarsıdır o əsər haqqında yazmaq, o əsər haqqında düşüncələrimi sözlərə tökmək istəyirəm... "Qiraətçi" də belə əsərlərdən biri oldu mənimçün... Əvvəlcə, bu əsərlə necə tanış olmağım haqqında qeyd eləyim. Əsəri mənə heç tanımadığım biri təsadüfi bir şəkildə məsləhət görmüşdü və" əgər həqiqətən kitabsevərsinizsə, bu əsəri mütləq oxuyun, əminəm ki, bəyənəcəksiz" - demişdi... Mən də oxumağı düşündüyüm əsərlər siyahısına əlavə eləmişdim bu əsəri. Ancaq əsəri bu tezliklə oxumağıma başqa bir şey səbəb oldu. Bütün gününü kitab oxumaqla keçirən və həqiqi kitabsevər olan iş yoldaşım bu əsərə çəkilmiş filmi izləmişdi, təsadüfən yanıma gələrək çox təsirləndiyini, əsəri oxuyub oxumamadığımı soruşmuşdu məndən. Onda həqiqətən də qeyri adi bir şey olduğunu düşünməyə başladım və qısa bir zamanda əsəri oxumağa qərar verdim. Budur artıq oxuyub bitirdim. İndisə fikirlərimi sizlərlə bölüşmək istərdim. Qeyd eləyim ki, əsəri oxumağa ilk başlayanda əsərin məzmununu ilk anda istər əxlaqi, istərsə də digər anlamlarda məndə çox da xoş təəssürat yaratmadı. Oxuyanlar nə demək istədiyimi anlayar. Ancaq oxumayanlar üçün əsərin qısa xülasəsini qeyd eləyim. Əsər 15 yaşlı məktəbli bir oğlanla 30 yaşlı qadının məhəbbətindən bəhs eləyir. İlk başda bunu qəbul eləmək, buna qeyri adi bir şey kimi baxmamaq mümkün deyil. Ancaq əsəri oxuduqca qəbul eləməsəm də, düzgün hesab eləməsəm də bunu, onları anlamağa çalışdım. Üstəlik, aralarında bu qədər yaş fərqinin olmasına baxmayaraq bu sevgisinin çox dərin olduğunu da görməmək mümkün deyil. Əsər baş qəhrəmanın dilindən nəql olunur, bu sevginin onun həyatında qoyduğu izlərdən danışılır... O, Hannanı unuda bilmir, hər yerdə, həyatına daxil olan bütün qadınlarda onu axtarır... Lakin qəribəsi budur ki, Hanna onun həyatına necə təsadüfən girmişdisə, eləcə də, heç bir səbəb olmadan çıxır. O, bunun səbəbini heç cür anlaya bilmir, özünü günahlandırır, Hannanı necəsə incitdiyini düşünür, özünü bağışlaya bilmir. Ancaq burda məsələ başqadır... Bunu oxuyarkən anlayacaqsınız... Üzərindən uzun illər keçir və o Hanna ilə yenidən qarşılaşır. Ancaq bu səfər məhkəmə zalında, üstəlik Hanna mühakimə olunanlar kürsüsündədir... Hanna niyə mühakimə olunur, bunu da oxuyanda anlayacaqsınız... Hanna həqiqətən günahkardırmı?! Bu suala cavab vermək mənimçün çox çətindir... Ümumiyyətlə, əsəri oxuyarkən məndə belə bir sual yarandı... İnsanların işlədiyi günahlarda, adi bir günah yox, kütləvi insan qətlləri və bu məqamda sənin də çox da böyük seçim haqqın yoxdursa, hələ də ki, bu qətlin əsas memarları da artıq həyatda yoxkən, bu cinayətlərdə insanların insanları mühakimə etməyə haqqı varmı?! Hanna hakimi cavab verə bilməyəcəyi sual qarşısında qoyur : - Siz mənim yerimdə olsaydınız nə eləyərdiniz, necə davranardınız?!!! Mən də bu sualı özümə verirəm. Çox vaxt düşündürür bu sual məni də... Həqiqətən görəsən mən onların yerində olsaydım necə davranardım... Hər şeyə rəğmən inandığım şey üçün mübarizəmi aparardım, yoxsa sırf öz rahatlığım pozulmasın deyə vicdanıma hesab verəcəyim dəhşətli cinayətlərə boyunmu əyərdim?!! Məncə, birilərini mühakimə etmədən öncə, özümüzü mühakimə eliyək!!! Bu sualı biz də özümüzə verək!!! Əgər cavabını əminliklə verə biliriksə, o zaman bəlkə də mühakimə eliyə bilərik onları... Ancaq məncə, bu sualın cavabını o şəraitə düşüb, o dəhşətlərin bir başa içində yaşamadan heç kəs verə bilməz və o zaman verilən cavabsa, sadəcə bizim verdiyimiz qərarlar, gördüyümüz işlər olar... Əsər həqiqətən oxumağa dəyər əsərlərdən biridir. Əsərin adı niyə "Qiraətçi"dir?! Bu haqda əslində yazmaq istərdim, ancaq məncə, bu əsərin sehrini büsbütün itirər, əgər əsər diqqətinizi çəkdiysə, onda mütləq oxuyun, axtardığınız suallara cavab tapmış olarsınz, lakin oxuyarkən sadəcə oxumayın, həm də düşünün...
Okuyucu
OkuyucuBernhard Schlink · İletişim Yayıncılık · 20143,233 okunma
··
23 görüntüleme
Harun mert okurunun profil resmi
Emeğinize ve ayrıca dilinize sağlık. Hiç bu kadar uzun Azerice metin okumamıştım. Çok güzel oluyormuş :))...
Şəhla Rşd okurunun profil resmi
Çox sağ olun, mən təşəkkür eləyirəm diqqətiniz üçün :) Çox duyğulandığım əsərlər haqda düşüncələrimi yazarkən sözlərə xəsislik eləmirəm adətən :))
3 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.