Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
9/10 puan verdi
"Aclıq" haqda danışmağa başlamadan əvvəl sizə şahid olduğum və məni dərindən təsirləndirən kiçik bir hekayə danışmaq istəyirəm. Həmişə kimi işə getdiyim adi günlərdən biri idi. Avtobusa minib pəncərə kənarında oturdum. Kitabımı əlimə alıb oxumağa başladım. Yolda sıxlıq yarandığı üçün avtobus bir qədər dayanmalı oldu və mən də nə baş verdiyinə baxmaq və bir az da dincəlmək üçün başımı qaldırıb pəncərədən baxmağa başladım. Pəncərədən çölə baxarkən diqqətimi bir mənzərə çəkdi. Bir it hansısa qəssab dükanının ona atdığı iri sümüyü necə acgözlüklə, necə hərisliklə, necə vəhşicəsinə yeməyə çalışır. Mənzərə necə sarsıdıcı, necə ağrılı idi. İnsan həm çirkinərək, həm də acıyaraq baxmaya bilməzdi bu mənzərəyə. Nə qəribə təsadüf idi ki, həmin vaxt mən əlimdə Knut Hamsunun “Aclıq” romanını oxuyurdum. Əsərdə oxuduqlarımın təsirindən olacaq ki, izlədiyim mənzərə məni sarsıtdı. Aclığın necə bir şey olduğunu düşünməyə başladım, düşünməkdən daha çox hiss eləməyə, yaşamağa çalışdım. Təbii aclığı hamımız az çox yaşamışıq. Ancaq əlinin altında olan və istədiyin zaman əlini uzatsan çatacaq nemətlərdən imtina etmək ilə əlinin çatmadığı və çatması mümkünsüz olan nemətlərdən məhrum olaraq ac qalmaq... Bunlar fərqli şeylərdir. Məcburi aclıq… Bu dəhşətlidir… Aclıq haqqında uzun - uzadı yazmaq üçün bunu bütün dəhşətilə yaşamaq lazımdır. Bu səbəbdən də yazdıqlarıma daha təsirli nəsə əlavə eləyə biləcəyimi sanmıram. Ona görə də bütün diqqətimi əsər üzərində cəmləməyə çalışacam. “Aclıq” romanını və orda yazılanların, yaşananların nə qədər real, nə qədər həqiqət olduğunu anlamaq üçün Knut Hamsunu tanımağımız mütləqdir. Əsl adı Knud Pedersen olan yazıçı 4 avqust 1859-cu ildə Norveçin şimalında Gudbrandsdal sərhədləri daxilində yerləşən Vaga qəsəbəsində dərzi ailəsində dünyaya gəlmişdir. Sonralar daha şimalda yerləşən Hamaröy qəsəbəsinə köçmüş ailəsi burada Hamsund fermasını icarədar kimi işlədirdi. Bu vəsiləylə kəndlilərin ağır həyatını yaxından görüb - tanımaq fürsəti qazanan yazıçı öz təxəllüsünü də bu fermanın adından götürmüşdür. Lakin Norveçdə daima məqalələr yolladadığı qəzetə Mark Tveynlə əlaqədar göndərdiyi məqalənin çapı zamanı baş verən texniki xəta səbəbiylə adı Hamsund deyil Hamsun deyə getmiş və yazıçı da bunu çox üstələməmiş, bundan sonrakı məqalələrini bu təxəllüslə yazmağa başlamışdır. 8 yaşında dayısnın istəyi üzərinə rahibin yanına şagirdliyə verilir. 14 yaşında burdan ayrılaraq doğulduğu qəsəbəyə qayıdır və burda tacir yanında işləməyə başlayır. Bir il sonra isə Tranöye gedib daha böyük bir tacirin yanında işə başlayır. Tacirin qızına aşiq olan Hamsun bu dövrdə yaşadığı hissləri “Əsrarəngiz adam” əsərində dilə gətirmişdir. Ağır ehtiyac üzündə ayaqqabıçının yanında işləməyə başlayır, daha sonra ailəsinin yardımı ilə nahiyə müdirinin yanında işə başlayır. Burda işlədiyi müddətdə kitablarla daha sıx yaxınlıq onu davamlı mütaliəsinə geniş meydan açır. Ümumiyyətlə, həyatı həm çox rəngarəng macəralarla dolu, həm də çox enişli - çıxışlı olan yazıçı əsərlərində də psixoloji məqamları olduqca ustalıqla qabarda bilmişdir. Yazıçı şəxsiyyət olaraq da olduqca ziddiyyətli olmuşdur. Düşünsək ki, yazıçı nasizmi dəstəkləyib nə demək istədiyim aydın olar. Lakin onun şəxsiyyətini təhlil eləmək kimi düşüncələrdən uzağam. Yazıçı “Torpağın bərəkəti” əsərinə görə 1920.ci ildə Nobel mükafatına lauriat göstərilmişdir. K. Hamsun 1952.ci il 17 fevral tarixində dünyasını dəyişmişdir. Bu gün yuxarıda da adını qeyd elədiyim kimi “Aclıq” romanı haqqında danışmaq istəyirəm. Qeyd eləyim ki, romanı böyük şair Əhməd Cavad azərbaycan dilinə tərcümə eləyib. Əsərin qəhrəmanı yazıçı olmağı arzulayan və qəzetlərə məqalə yazaraq az da olsa, gəlir əldə etməklə həyatını qazanmağa çalışan və ağır həyat keçirən gəncdir. (Bu əsərin bioqrafiya olduğunu göstərən məqamlardan biridir.) Günlərlə ac qalan, heç bir kəsdən kömək və dəstək görməyən, aclığın, yoxsulluğun dəhşətlərini bütün ağırlığı ilə yaşayan, kömək üçün döydüyü bütün qapılar üzünə sərt şəkildə qapanan gənc hər şeyə rəğmən ləyaqətini, insanlıq şərəfini qorumağa çalışır. Davamlı aclığın gətirdiyi fiziki ağrılardan əlavə artıq psixoloji problemlər də yaşamağa başlayır, mübarizə aparır, ümidini itirmir, yenə də çalışır, yazır, ümidlə yazdıqlarını redaksiyalara aparır. Bəzən taleyi üzünə gülürsə də, bu qısa müddətli sevinclər olur. Qışın soyuğunda yemək ala bilmək ümidilə pula dəyişə biləcəyi bütün əşyalarını girov qoyur, bir müddət dəhşətli aclığına çarə tapsa da, az keçməmiş eyni dəhşətli aclığa düçar olur. Mənəvi aclıq da üstünə gəldikdə, bu ağrılar ikiyə qatlanır. Bir tərəfdən də qəhrəmanın vicdanıyla apardığı mübarizə ruhundakı ağrılara daha böyük əzablar qatır. Əsəri oxuyan hər kəs oun keçirdiyi ruhi vəziyyətləri anladığını deyə bilər, ancaq “aclığı” anlamaq üçün onu bütün dəhşətlərilə yaşamaq lazımdır. Əsərin təsir gücünü artıran ən önəmli məqamlardan biri də budur ki, əsər yazıçının yaşadıqlarıyla səsləşir. Həmçinin, “Aclıq” Knut Hamsuna ilk şöhrət gətirən əsəridir. Təbii, əsər haqda çox yazmaq, daha dərin təhlil aparmaq olar. Yazdıqlarımla əsərin məzmununa nə qədər açıqlıq gətirə bildim, nə qədər geniş təhlil verə bildim deyə bilmərəm, ancaq bununçün çalışdım yaradıcı gücümün yetdiyi qədərilə. . Sonda əsərdən bir neçə maraqlı fikri də paylaşmaqla əsər haqqındakı düşüncələrimi nöqtələmək istəyirəm. • Vicdan deyirsən? Boş sözdür, bu qədər vicdanlı olmaq üçün sən olduqca yoxsulsan. • Bu heç də o demək deyil ki, mən bundan sonra da bu yolla getməliyəm; bundan başqa, mən heç də hamıdan dürüst yaşamağa borclu deyiləm, buna and içməmişəm… • Pullar mənə ağırlıq edir, rahat buraxmırdı. Düşünüb – daşınmağa başladım və qəti qərara gəldim ki, əvvəllər əzab çəkdiyim zaman təmiz vicdanımla indikindən daha xoşbəxt idim. • Mənə elə gəlir ki, insan dəli olmasa da həssas olmalıdır; elə adamlar var ki, ən xırda şeylərə belə reaksiya verirlər, onları kəskin deyilmiş bir sözlə də öldürmək mümkündür. • Kasıb hər zaman ehtiyatlıdır, hər bir addımını ölçüb – biçir, eşitdiyi hər bir sözə şübhəylə yanaşır; onun hər bir addımı düşüncələrini və duyğularını gərilməyə, işləməyə vadar edir. O, bəsirətlidir, ayıq – sayıqdır, təcrübəlidir, onun qəlbi yaralıdır… * Bax bu - əsl ləyaüətli davranışdır! Səssiz - səmirsiz, bu murdara bir kəlmə demədən, iri məbləğdə əskinası yumrulayıb düşmənlərinin sifətinə çırpmaq. Əsl kişilik buna deyərəm! Əclaflara belə lazımdır!.. * ...hədsiz qürurlu olmaqsa, elə ayaqlarını uzadıb ölmək deməkdir...
Açlık
AçlıkKnut Hamsun · Varlık Yayınları · 201727,8bin okunma
·
20 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.