Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

-Ana… Ana… Sənə mən rahibəm itaətdə!..
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut eyləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər Min il də vəz edələr dəhşətü-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm əsla, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib iczimi bəyan eyləyim, Əyilmərəm nə ki yer, versələr səmanı mənə. Yanımda gər dura cəllad əlində şəmşiri, Ölüm gücüylə mənə hökm edə olum təslim, Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun Gücüylə xalqa həqiranə edim təzim? Cahanda yox elə bir qüvvə baş əyim ona mən, Fəqət nə güclü, zəif bir vücud var, yahu, Ki, hazıram yıxılıb xaki-payinə hər gün, Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o? Ana! Ana!.. O adın qarşısında bir qul tək Həmişə səcdədə olmaq mənə fəxarətdir, Onun əliylə bəla bəhrinə yuvarlansam, Yenə xəyal edərəm bəzmi-istirahətdir. Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn! Atıl cahana sən, ey ildırım, alış, parla! Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl! Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla! Bunlar mənə əsər eylərmi ? Mütləqa yox! Yox! Fəqət Ana! O müqəddəs adın qabağında- O pak bağrına bassın məni, desin layla, Təbəssüm oynadaraq titrəyən dodağında. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, Uçar səmalara o, aləmi-xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz: -Ana… Ana… Sənə mən rahibəm itaətdə!.. Aman… Aman!... Bu müqəddəs vücudu mümkünmü Ki, bir taqım canavar zülmnən şikar eyləsin?! Yıxıb da xaki-rəzalətdə, tapdayıb əzərək, Ayaqlar altına torpaq kibi nisar eləsin ?! Zəlilü-xar edərək məhbəsi-əsarətdə, O şanlı qollarına zülminən vurar zəncir. Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs? Neçin də parlayıb etməz cahanı bir tənvir? Aləmi, ədl-ədalət üzüldü dünyadən, Neçin nəsibim edibsən bu zülm- dövranı. Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün, Ki, aləmi-bəşəriyyət unutdu vicdanı.
·
38 görüntüleme
Peri okurunun profil resmi
Ənnn sevdiyim şeirlərdən😍💙
Şəhla Rşd okurunun profil resmi
Bu şeiri sevməmək mümkün deyil. Möhtəşəm ötəsidir! 💞💞💞 🥰
Ferman Mamedov okurunun profil resmi
Şe'irimizde legend, şedevr!
Şəhla Rşd okurunun profil resmi
Bu şeir özü tək başına əfsanədi, Cəfər Cabbarlı isə ədəbiyyatımızın əfsanələrindəndi 👌👌👌
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.