Gönderi

270 syf.
9/10 puan verdi
Axşamınız xeyirli olsun, əziz kitabsevərlər :) İndiyə kimi bacardığım qədər kitab oxumuşam, elə kitablar olub ki, uzun müddət ağlımdan silə bilməmişəm, hadisələr mənə təsir edib. Amma indi əminliklə deyə bilərəm ki, bu kitab məni ən çox incidən kitab oldu... Söz tapa bilmirəm o sevgiyə, söz tapa bilmirəm o hissləri başa salmağa.. Mikayıl Müşfiqin, təəssüflər olsun ki, XX əsrin 30-cu illərində bir çox şair, yazıçı və ictimai xadimlərimiz kimi, məruz qaldığı repressiya haqqında məlumatım var idi. Amma o hissləri, o ayrılığı, işgəncələri təsəvvür belə edə bilmirdim. İnsanın sevdiyini ondan ayırarkən keçirdiyi hissləri başa düşmürdüm.. Kitabda ilk hissədə Mikayıl Müşfiq və Dilbər Axundzadənin sevgilərindən söhbət açılır. Bunu da şəxsən Dilbər xanımın öz xatirələri əsasında oxuyuruq. Orda təsvir etdiyi sevgi indi nadir hallarda təsadüf olunar, nadir hallarda qarşımıza çıxar. İndiyə kimi Mikayıl Müşfiqi bir şair kimi tanıyırdım yalnızca, amma indi onu xeyirxah, gülərüz, mehriban bir insan kimi tanıyıram. Onu mükəmməl bir həyat yoldaşı kimi tanıyıram. Kitabda Dilbər Axundzadənin, Mikayıl Müşfiqin və başqa tanınmışlarımızın şəkilləri də əksini tapır. Beləliklə, o dövrə səyahət edir, ab-havası ilə təmasda oluruq. Şair və yazıçılarımızın da həyatında Müşfiqin obrazını görürük, onunla görüşlərini oxuyuruq. Kitab möhtəşəmdir, oxuyarkən bolluca ağladığım, sevgisinə qibtə etdiyim bir həyat... Şeirlə yuxuya gedib şeirlə gözünü açan Dilbər xanım... Həyat yoldaşı xəstələnəndə ağlayan Mikayıl Müşfiq... Xoş mütaliələr)
Müşfiqli Günlər
Müşfiqli GünlərDilbər Axundzadə · Xan Nəşriyyatı · 2019284 okunma
··
179 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.