Gülən gözün gözəlliyi gözəldir,
Gülən gözü görünməyən göz görər....
Gözün gülür, gözün gözü gülməyir,
Gözdə gözü görünməyən göz görər....
* * *
Gözü gözdən gözün gözü gizlədir,
Gözdə gözü gözün gözü gizlədir,
Gözün gözü gözümüzdə gizlidir,
Gizli gözü görünməyən göz görər....
* * *
Göygöz giryan, gözü gülməz, gülümsər,
Gülən gözün gözü gözdən gülümsər,
Gülməyən göz, gözə gözdən gülümsər,
Giryan gözü görünməyən göz görər......
Sayfa 1 - "GÖZÜN GÖZÜ" https://www.facebook.com/zaur.ustac?pnref=story