Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

372 syf.
10/10 puan verdi
Roman Cahandar ağa Allahyarın arvadı Mələyi görüb qaçırtması ilə başlayır.Mələyi evinə gətirməsi ilə evdə münaqişə baş verir.Cahandar ağanın böyük oğlu Şamxal atasına küsüb evlərini tərk edir.Şamxal atası kimi inadcı,sözündən dönməyən biridir və dostlarının və kəndlilərin köməyi ilə özünə ev tikir. Vəəə əsərin ən sevdiyim yerləri bununla başlayir.Şamxal Güləsəri Kürə su gətiməyə gedəndə qaçırır.Şamxalın bibisi olan Şahnigarin gülməli zarafatları məni məndən aldi,romana ayrıca rəng qatdı(amma yazığın sonuna çoxx pis oldum).Qeyd etməsəm olmaz Qoca dayı ən çox səni sevdim.Böyük ürəyə sahib olan şəxsiyyət Cahandar ağa nə qədər də köhnə kişilərdən olsa da,onda ən sevdiyim xüsusiyyət təhsilə önəm verməyi,kiçik oğlu Əşrəfi Qoriyə oxumağa yollamağı oldu.Keçək Allahyara - Mələyin qaçırılmasından sonra Cahandar ağadan heyif almaqdan ötrü hər üsula əl atir.(Qəmərə etdiyi insafsızlık əsəblərimə toxundu).Hətta Cahandar ağa ilə sözləri üst-üstə düsməyən kəndin mollasi ilə də əlbir olur.(Allahyarda da səhv yoxdu durduq yerdə ona sataşılmış- arvadını qaçırtmışdılar).Romanda təhsilə,mədəniyyətə,maarifə,xalqım gözünün açılmasına önəm verilmişdir.Rus Əhmədin,Əşrəfin,Aleksey Osipoviçin,Kipianinin elm,təhsil vermək üçün hər şeylərindək keçməkləri təqdirə layiq idi.Həmin dövrdə molla adı ilə xalqı oyanmağa qoymayan,din deyə-deyə xalqı qorxudan, yalançı,ikiüzlü,savadsız mollaların tənqidi də ön plandadır.Kitabın sonunu gözləmədiyim sonla bitdi.Kitabda obrazlar çoxdu və uzun uzadi danışıb sizi yormaq istəmirəm amma mən bu əsəri çoxxx bəyəndim,kəşkə daha əvvəl oxusaydım.
Deli Kür
Deli Kürİsmail Şıhlı · Yıldız Yayıncılık · 2008747 okunma
·
387 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.