Gönderi

Vahid Əziz - Sən hardasan?
Əllərimdə saçlarının qoxusuyla, Ürəyimdə gileyinin qorxusuyla, Gözlərimin ayrılıqlı yuxusuyla Şübhələrdə dolaşıram, sən hardasan? Nə bəzənim, kimə görə nə yaraşıq? İçimdəki son baharım dərdli aşıq, Saçlarıma əl gəzdirir qara işıq, Bəyaz-bəyaz alışıram, sən hardasan? Yalvararaq, sənə “Qayıt” deyən mənəm, Ürəyini şübhələrlə yeyən mənəm, Günahsızım, gəl, xətrinə dəyən mənəm, Dərk eləyib barışıram, sən hardasan? Xəbərin var, güllər çöldə ətirlənib, Ay nə geyib sakit göl də bədirlənib, Zaman keçir, boğazıma can dirənib – Kimi görsəm soruşuram. sən hardasan?
·
26 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.