Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

296 syf.
7/10 puan verdi
Mark Levinin qələmini çox bəyənirəm,fərli üslubda kitablar yazır. Yazardan oxuduğum 3-cü kitab idi.Kitabı mənə aksiyon filmlərini xatırlatdı,adrenalin dolu anlar yaşadım. Mark Levi-Yenidən başlamaq mümkün olsaydı. "The New York Times"ın 39 yaşlı bacarıqlı jurnalisti Endryu Stilman təsadüfən gənclik illərində sevdiyi qadınla-Valerie ilə qarşılaşır və bir müddət sonra evlənirlər.Digər tərəfdən isə işi üçün araşdırmalar aparmağa davam edir.Stilman hər səhər idman edmək üçün getdiyi parkda qaçarkən görmədiyi insan tərəfindən bıçaqlanır,ağır yaralanır.Gözlərini açanda vaxtın 2 ay geriyə qayıtdığını anlayır.Yaşadığı günləri yenidən yaşayanda isə onu bıçaqlayanın tapmaq üçün,etdiyi araşdırmaları tamamlamaq üçün 62 gün verilir.Işin içindən çıxa bilməyəciyini anlayan Stilman onu öldürmək istəyən insanların sayısının çox olduğunu görür,keçmiş polisə başından keçənlərdən bəhs edir.Polisin,dostunun köməyi ilə onu öldürmək istəyəni tapa biləcəkmi?Yeni evləndiyi həyat yoldaşız-Valerie mi,barda tanış olduğu qadınmı,uşaqları əllərindən alınan valideynlərmi,yoxsa iş yoldaşi ona nifrət edən jurnalist Olson mu? Kitab bitmir-davamı digər kitabi "Qorxudan daha güclü hisslər" kitabinda verilib. Səhifə sayı:371
Dönmek Mümkün Olsa
Dönmek Mümkün OlsaMarc Levy · Can Yayınları · 2017476 okunma
·
75 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.