Gönderi

Aljir
- Nəyin uğrunda mübarizə aparır insan oğlu? - Əyilib yerdən bir ovuc torpaq götürdü - Xışmaladığım bu torpağa bax. Ölsəm, ona çevriləcəyəm. Nə qədər zərrənin özü var onda. Göyərsə, alma tingidir, qopub getsə, dovşan yemi. Bax, burada zülm çəkirik. Zaman isə dayanmadan qum saatı kimi ələnir. İllər keçəcək, bu gün burada əmr verən də, ruhdan düşən də, hiddətindən coşub etiraz edən də - hamısı, hamımız qəbirə uzanacayıq. Tarixin o biri tayından baxan hansısa eynəklilər bizim haqqımızda qərar verəcəklər. Yenə bizsiz qərar verəcəklər. O qərar verənlərlə bizi buraya məhkum edənlərin əslində heç də fərqi yoxdur. Hər iki hökmdə biz yoxuq. Onlardan bəziləri bizim çəkdiyimiz zülmləri asanlıqla tapdalayacaq, bəziləri əksinə çevirərək danmağa çalışacaq, kimiləri isə bunun zərurət olduğunu söyləyəcəklər. Gülnarə, həmişə belə olub: dağ uca olanda dolanıb, dərd böyük olanda unudub keçirsən. İnsanın zehni insana yaxşıca oyun oynaya bilir. - Gülnarə artıq nəzarətdən çıxmağa başlamış Füruzəni qucaqlayıb sakitləşdirməyə çalışdı. Gerasina isə: - Burax onu, qoy ürəyini boşaltsın. İşin olmasın. - Gülnarəyə acıqlandı. Gerasinanın səsi Füruzəyə çatanda o da susdu. Bayaq ayağının altına atdığı zərfi qaldırıb key-key baxdı.
··
38 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.