Gönderi

60 syf.
·
Puan vermedi
Saramago, görünməyəni, bilinməyəni izah etmək dərdindəydi. Qurduğu dünyaların çox vaxt qaranlıq tərəfləri vardır. Çünki hekayələri qaranlıqda gizlənənin aydınlığa çıxması üçün əvvəlcə qaranlığı hiss etməyin lazım olduğunu deyir. Qaranlığın olduğu yerdə aydınlıq, pisliyin olduğu yerdə ümid vardır. Hekayədə kral- sarsılmaz bilinən inanc, dəyişməz sanılan qanunlar, məhv edilə bilinməz əngəllərin, gerçəyi örtən qınağın simvoludur. Kralın qapısına gələn adam isə ən çılpaq halıyla insanoğludur. Qəlbindəki azadlıq istəyi, özünə inancı, həyatına məna axtarmaq ehtiyacıdır, bilinməyənə doğru küləklə süzülüb,onu kəşf etməkdir onu yollara salan. Saramagoya görə bilinməyən adanı yelkənliylə tapmaq olar yalnız. Çünki yelkənlilər özünü küləyə təslim edər. İç səs, hiss, ümid, inancla örtülüdür yelkənlilər. Külək həyatın özüdür.Olması lazım olduğu qədər səbr və iradəli olunsa sonda hərkəs öz adasına yönləndiriləcək.Təmizlikçi qadınsa- taley simvoludur. Hər zaman arxamızca uzadılan əldir. Görə bilməsək də bəzən. İnsan öz qaranlığından çıxıb kənardan özünə baxa bilsə həqiqəti görəcəktir. Həqiqət xaricdə deyil, daxildədir və öyrənilməz sadəcə xatırlanar insta: @kitabfilmtehlil
Bilinmeyen Adanın Öyküsü
Bilinmeyen Adanın ÖyküsüJosé Saramago · Kırmızıkedi Yayınevi · 200923,4bin okunma
·
7 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.